Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı Dəmirçilər kəndində 40 ailənin yaşadığı ərazidə su xəttinin çəkilişinə yerində baxış keçirib

İcra başçısı Dəmirçilər kəndində 40 ailənin yaşadığı ərazidə su xəttinin çəkilişinə yerində baxış keçirib


21-06-2021, 20:22


ÖlkəPrezidenti cənab İlham Əliyevin yürütdüyü dövlət siyasətinin mərkəzində vətəndaş amilinin dayanması bir daha onu söyləməyə əsas verir ki, ölkə başçısının rəhbərliyi altında həyata keçirilən bütün işlər, uğurla icra edilən layihələr məhz vətəndaş məmnunluğunun təmin edilməsinə yönəldilib. Ölkə başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşların arasında olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr də bunu bir daha onu sübut edir.

Dövlət başçısının vətəndaşlara göstərdiyi qayğı Qazaxda da hər zaman əsas götürülür. Bu, rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğıda, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşmasında öz real əksini tapır. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun bir qrup Dəmirçilər kənd sakininin su ilə məsələsi ilə bağlı müraciətinə həssas yanaşması, qaldırılan məsələnin müsbət həllini tapması dediklərimizin bariz nümunəsidir.

 

Bu gün rayon rəhbəri Dəmirçilər kəndində olub, vətəndaşların su məsələsi ilə bağlı müraciətinin nəticəsinə yerində baxış keçirib.

İcra başçısına məlumat verilib ki, vətəndaşların müraciəti əsasında onların yaşadığı əraziyə ölkə başçısının müvafiq Sərəncamı ilə ötən il qazılmış subartezian quyusundan 1250 metr məsafədən diametri 63 mm olan plastik boru ilə su xətti çəkilib. Əlavə olaraq, 5 tonluq su çəni qoyulub ki, bu da 40 ailənin su təminatını yaxşılaşdıracaq.

Kənd sakinlərindən Allahverdi Nəsirov, Gülsüm Orucova onlara göstərilən diqqətə, qayğıya, müraciətlərinə operativ şəkildə baxılmasına və müsbət həll olunmasına görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonra rayon rəhbərliyi Dəmirçilər kənd körpələr evi-uşaq bağçasında olub, uşaqlara göstərilən diqqət və qayğı, körpələr üçün yaradılan şəraitlə, uşaqların davamiyyəti, tibbi müayinə olunmaları, ərzaq təminatının mövcud vəziyyəti ilə maraqlanıb. Bəzi tapşırıq və tövsiyələrini verib.



Dəmirçilər kənd körpələr evi-uşaq bağçasına baxış

 

GOYEZEN.AZ


Geri qayıt