Vətəndaş məktubundan: “Şuşada, Cıdır düzündə möhtəşəm "Xarıbülbül" musiqi festivalının keçirilməsi bütün xalqımıza unudulmaz bir xoşbəxtlik yaşatdı”
Elvira Əfəndiyevadan, Yenilməz sərkərdəm, Müzəffər Ali Baş Komandanım. Şuşada, Cıdır düzündə möhtəşəm "Xarıbülbül"
musiqi festivalının keçirilməsi bütün xalqımıza unudulmaz bir xoşbəxtlik
yaşatdı, 30 ilə yaxındır bizi gözləyən "Xarıbülbül” yenidən canlandı. Xalqımıza yaşatdığınız möhtəşəm festivaldakı çıxışınız
və Ulu Öndərimizin səsini dinlədikcə qəhərlənən gözlərinizdəki sevinc hər bir
azərbaycanlının ürəyində Sizə olan sevgini bir daha möhürlədi. Sizə tükənməz sevgi bəsləyən qazaxlılar və şəxsən öz
adımdan dərin hörmət və ehtiramımı bildirirəm. Tanrı Sizi Azərbaycan xalqına
çox görməsin. Allahdan Sizə möhkəm cansağlığı və uzun ömür arzu edirəm. Hörmətlə, Elvira Əfəndiyeva, Azərbaycan Respublikası, Qazax rayonu.
Facebook-da paylaş