Əsas Səhifə > Manşet / Təhsil > Vətəndaş məktubundan:

Vətəndaş məktubundan:


29-05-2021, 15:56


Elvira Əfəndiyevadan, 

Yenilməz sərkərdəm, Müzəffər Ali Baş Komandanım.

Şuşada, Cıdır düzündə möhtəşəm "Xarıbülbül" musiqi festivalının keçirilməsi bütün xalqımıza unudulmaz bir xoşbəxtlik yaşatdı, 30 ilə yaxındır bizi gözləyən "Xarıbülbül” yenidən canlandı.

Xalqımıza yaşatdığınız möhtəşəm festivaldakı çıxışınız və Ulu Öndərimizin səsini dinlədikcə qəhərlənən gözlərinizdəki sevinc hər bir azərbaycanlının ürəyində Sizə olan sevgini bir daha möhürlədi.

Sizə tükənməz sevgi bəsləyən qazaxlılar və şəxsən öz adımdan dərin hörmət və ehtiramımı bildirirəm. Tanrı Sizi Azərbaycan xalqına çox görməsin. Allahdan Sizə möhkəm cansağlığı və uzun ömür arzu edirəm.

Hörmətlə,

Elvira Əfəndiyeva,

Azərbaycan Respublikası, Qazax rayonu.


Geri qayıt