• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı vətəndaşa dəymiş ziyanı aidiyyəti mütəxəssislərlə birlikdə yerində araşdırıb


Bu gün tam əminliklə söyləyə bilərik ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğının, ölkə rəhbərinin vətəndaşlarla bağlı apardığı uğurlu dövlət siyasətinin və görülən işlərin təməlində məhz vətəndaş məmnunluğu dayanır. Ən əsası da dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən işlər bir daha onu sübut edir ki, dövlət hər zaman öz vətəndaşının yanındadır. Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr də bunun bariz nümunəsidir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rayonun Abbasbəyli kənd sakini Mehdiyev Salman Allahqulu oğlunun xırdabuynuzlu heyvanına dəymiş ziyanla bağlı müraciətinə dəvət olunmuş mütəxəssislərin iştirakı ilə yerində baxış keçirməsi vətəndaşlara göstərilən diqqətin əyani sübutudur.

Məlumat üçün bildirək ki, Abbasbəyli kənd sakini SalmanMehdiyev ona məxsus təsərrüfatda 17 ədəd qoyunun və 74 ədəd quzunun kütləvi şəkildə öldüyünü bildirib, bununla bağlı aidiyyəti üzrə müraciət edib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən məsələnin araşdırılması üçün mütəxəssislər dəvət olunub və vətəndaşın müraciətinə yerində baxılıb.

 

Rayon rəhbərliyi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində ekspedisiya şöbəsəinin müdiri Xəlil Abdullayev, Şəmkir Rayon Baytarlıq İdarəsinin rəisi Məmməd Qasımov, Tovuz Rayon Baytarlıq İdarəsinin rəisi Zülfüqar Kərimov, Ağstafa Rayon Baytarlıq İdarəsinin rəisi Nofəl Qasımov, Qazax Rayon Baytarlıq İdarəsinin rəisi İlqar Orucov və Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həmid Pənahovla birlikdə Abbasbəyli kəndində olub. Mütəxəssislərin iştirakı ilə mövcud vəziyyət müzakirə edilərək heyvanların ölüm səbəbinin araşdırılması üçün materiallar götürülüb və baxılması üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına göndərilib.

Vətəndaşın müraciətini diqqətlə dinləyən icra başçısı hər zaman olduğu kimi, bu gün də edilən müraciətə həssaslıqla yanaşılacağını, həlli istiqamətində lazımi tədbirlər görüləcəyini vurğulayıb.

Vətəndaş ona göstərilən diqqətə, qayğıya görə ölkə Prezidenti İlham Əliyevə razılığını ifadə edərək minnətdarlığını bildirib.




GOYEZEN.AZ



Facebook-da paylaş