• Təqvim

  • Maraq



Qazaxda “Siyasətdə İlham Əliyev modeli: İnkişaf-Birlik-Zəfər” mövzusunda videokonfrans formatında görüş keçirilib


Martın 4-də Qazax Rayon İcra Hakimiyyəti və Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq siyasi arenada nail olduğumuz uğurlara və ərazi bütövlüyümüzün bərpa  edilməsi üçün apardığımız haqq-ədalət savaşında qazandığımız Qələbəyə həsr olunmuş "Siyasətdə İlham Əliyev modeli: İnkişaf-Birlik-Zəfər” mövzusunda videokonfrans keçirilib.

Zoom platforması üzərindən keçirilən onlayn görüşdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva, Qazax Rayon Prokuroru Rauf Gözəlov, Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı,Bakı Dövlət Universitetinin Qazax filialının tədris və elmi işlər üzrə direktor müavini, fizika–riyaziyyat elmləri namizədi, dosent Məmməd Yusifov, Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirov, məktəb direktorları, digər idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər.  


Videokonfransda 27 sentyabrda Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdə hücumlarının qarşısını qətiyyətlə alaraq dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin "İrəli!” əmri əsasında 44 günlük İkinci Qarabağ müharibəsində əldə etdiyi tarixi Qələbədən, azad edilmiş ərazilərdə aparılacaq yenidənqurma və bərpa işlərindən, bu işlərin aparılmasında və ümumən 44 günlük Vətən müharibəsində bizə dəstək göstərən Türkiyə dövləti ilə dostluq-qardaşlıq münasibətlərindən, postmüharibə dövründə sülhün təmin edilməsindən və icra ediləcək böyük iqtisadi layihələrdən danışılıb.


Videokonfrans iştirakçılarını salamlayan Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova 1993-cü ildən başlanan və son 17 ildən bu günə qədər daha da möhkəmləndirilən güclü Azərbaycan, güclü iqtisadiyyat, cəmiyyətin bütün sahələrini əhatə edən islahatların əsasında yüksək siyasi savadı, intellekti və idarəçilik bacarığı olan siyasi liderin-İlham Heydər oğlu Əliyevin xüsusi rolunun olmasından danışıb. C.Hüseynova bildirib ki, Azərbaycan dünyanın iqtisadi, siyasi və humanitar mərkəzinə çevrilib, ölkəmiz müxtəlif beynəlxalq səviyyəli tədbirlər üçün ideal məkandır. Multikulturalizmin, tolerantlığın Vətəni kimi tanınan Azərbaycan müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirməklə dünyada sülh, əmin-amanlıq, əməkdaşlıq, birlik və həmrəylik ölkəsinə çevrilib. 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbəmiz heç zaman unudulmayacaq. Dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində öz şücaəti ilə dünyanın hərb tarixinə yeni səhifə yazdı. Bu qələbə Xalq-Prezident birliyini, həmrəyliyini dünyaya bir daha sübut etdi.


Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək bildirib ki, Azərbaycan ötən 17 ildə beynəlxalq arenada yeni dostlar, tərəfdaşlar qazanıb. Dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan ilə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artıb. Həyata keçirilən islahatlar nəticəsində Azərbaycan dünyada ən islahatçı 10 ölkə sırasında yer alıb. Azərbaycanın diplomatik uğurları öz növbəsində artıq 30 ilə yaxın bir müddətdə siyasətimizin əsasını təşkil edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə zəmin yaratdı. Dövlətimizin başçısı İlham Əliyev dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından bəyan edirdi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yolu istisna edilmir. Və 44 günlük Vətən müharibəsində qazandığımız Qələbə də bunu bir daha sübut etdi. Dünya dövlətləri şahidi oldu ki, Azərbaycan öz ərazi bütövlüyünü hərb yolu ilə olsa belə bərpa etmək gücünə malik idi və güclü ordusu sayəsində də istəyinə nail oldu.


Qazax Rayon Prokuroru Rauf Gözəlov Prezidentin son dövrlərdə keçirdiyi görüşlərdən və fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransından danışaraq qeyd edib ki, möhtəşəm qələbəmizdən sonrakı dövrdə dövlətimizin və xalqımızın qarşısında çox mühüm vəzifələr durur. İşğaldan azad edilmiş ərazilərimizdə üç hava limanı, avtomobil yolları, dəmir yolu çəkiləcək, bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələr, içməli su və bununla bağlı işlər, bir milyonluq insanı ora qaytarmaq üçün inşaat işləri, infrastruktur layihələr işlənib hazırlanacaqdır. Bu işlərin həyata keçirilməsində isə regionda davamlı sülh təmin edilməli, Azərbaycan üçün dost dövlətlərin şirkətlərinə hər cür imkanlar yaradılmalıdır.

Videokonfrans iştirakçılarından YAP Qazax Rayon Təşkilatı Qadınlar Şurasının sədri Yeganə Göyüşlü, Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov çıxış edərək ümumi bir fikir ifadə ediblər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olmaq üçün istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə  düşünülmüş və məqsədyönlü siyasət həyata keçirərək Azərbaycanın timsalında "Güclü dövlət" konsepsiyasını reallaşdırmağa nail olub, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adı tarixə qızıl hərflərlə yazılıb, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaradaraq 44 günlük İkinci Qarabağ müharibəsinin əsl qəhrəmanına çevrilib. Bu gün hər bir Azərbaycan vətəndaşı möhtərəm Prezidentimizlə fəxr edir, belə güclü, qüdrətli dövlətin, məğrur, yenilməz xalqın nümayəndəsi olmağı ilə qürur duyur. 









 

GOYEZEN.AZ



Facebook-da paylaş