İcra başçısı ötən il Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulan Kosalar kənd tam orta məktəbində olub
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
"Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən
təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə”
2021-ci il 22 yanvar tarixli Qərarına əsasən fevralın 1-dən ümumtəhsil məktəblərinin
ibtidai siniflərində, fevralın 8-dən isə V-IX siniflərdə tədris və təlim-tərbiyə
prosesi əyani formada bərpa olunub. Məktəblərdə əyani tədrisin
bərpa olunması ötən il Heydər
Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulmuş Xalq yazıçısı İsmayıl
Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd
tam orta məktəbin kollektivi tərəfindən də sevinc hissi
ilə qarşılanır. Pandemiya müddətində şagirdlərlə onlayn şəkildə görüşən məktəb
kollektivi öz işini Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən mövcud vəziyyət nəzərə alınmaqla həyata
keçirir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov Kosalar kənd tam orta
məktəbində olub. Kollektivlə
səmimi söhbət edən rayon rəhbəri məktəbdə tibbi
maskadan istifadə olunmasına, sosial məsafənin gözlənilməsinə, məktəbə gələn
işçi heyətin və şagirdlərin temperaturunun ölçülməsinə, sinif otaqlarının
havalandırılmasına və digər profilaktik tərdbirlərin görülməsinə birmənalı
şəkildə riayət olunmasını bildirib və aidiyyəti üzrə müvafiq tapşırıqlarını
verib. Məktəbin direktoru Samir
Hüseynov Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan Kosalar məktəbinin əsaslı
şəkildə yenidən qurulmasını müəllim və şagirdlərin bu gün də böyük razılıq
hissi ilə qarşıladıqlarını söyləyib. Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil sahəsinə olan qayğılarını yüksək
qiymətləndirən məktəb direktoru kənd sakinləri, məktəbin müəllim-şagird
kollektivi, eləcə də valideynlər adından onlara dərin minnətdarlığını bildirib.
Ölkə başçısının və Mehriban xanımın qətiyyətli
addımları sayəsində pandemiya ilə mübarizə sahəsində görülmüş işləri və əldə
edilən uğurlu nəticələri yüksək qiymətləndirən məktəb direktoru kollektiv
olaraq üzərilərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Məktəb direktoru
tədrisin əyani formada davam etməsi üçün xüsusi karantin rejiminin qaydalarına
məsuliyyətlə yanaşmağın, ciddi şəkildə əməl etməyin hər bir müəllim və şagirdin
borcu olduğunu qeyd edib. Məktəbdə xüsusi karantin rejiminin qaydalarına, tələb
və tövsiyələrinə ciddi şəkildə riayət edildiyini, tədrisin növbəli şəkildə
olmaqla həftənin tək günləri I-IV siniflərdə, cüt günləri isə V-IX siniflərdə
təşkil olunduğunu bildirib. GOYEZEN.AZ
Facebook-da paylaş