• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı Mərkəzi bazarda sakinlərin qayğıları ilə maraqlanıb

Bu gün tam əminliklə söyləyə bilərik ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətində bütün sahələrdə vətəndaş amili ön plana çəkilir. Həyata keçirilən layihələr, məqsədyönlü işlər, imzalanan çoxsaylı Fərman və Sərəncamlar birbaşa vətəndaş amilinə xidmət edir. Ölkə Prezidentinin çıxışları zamanı "Xalqa ləyaqətlə xidmət etmək, vətəndaşlara diqqət və qayğı göstərmək hər bir dövlət məmurunun borcudur. Mən Prezident kimi öz vəzifəmi xalqa xidmətdə görürəm” söyləməsi bir daha sübut edir ki, Azərbaycanda vətəndaş amili dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bir sözlə, vətəndaşlara olan diqqət və qayğı bütün işlərdə hər zaman yüksəkdə dayanır.
Dövlət başçısının vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr, sakinlərlə bağlı atdığı nümunəvi addımlar Qazaxda da hiss olunur. Bunu son illər rayonda görülən işlərdən, həyata keçirilən tədbirlərdən, ən əsası da vətəndaş mövqeyinin, onlara olan diqqət və qayğının üstün tutulmasından aydın şəkildə görmək olur.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər təyin olunduğu ilk gündən vətəndaş amilini ön plana çəkməsinin bariz nümunəsi isə sakinlərlə keçirdiyi görüşlər, mütəmadi olaraq sakinlərin arasında olması, onların qayğıları ilə yaxından maraqlanması, narahat edən məsələləri öz dillərindən eşitməsi və həlli istiqamətində tapşırıqlar verməsidir. Ən əsası da istər iş fəaliyyətində, istərsə də göstərdiyi diqqət və qayğıda hər zaman vətəndaş məmnunluğunu, onların rahatlığını, xoş güzəranını əsas götürməsidir. 
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də "Nazim” MMC-yə məxsus şəhərin mərkəzində yerləşən Mərkəzi bazarda olub, sakinlərlə səmimi söhbət edərək qayğıları ilə maraqlanıb. İlk gündən vətəndaşlara göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini, ən əsası isə ölkə rəhbərinin istəyinə uyğun şəkildə yerinə yetiriləcəyini diqqətə çatdırıb. Bugünkü görüşün də məhz bu məqsədi daşıdığını bir daha qeyd edib. 
Sonra rayon rəhbəri Mərkəzi bazarda yaradılan səliqə-sahman, satılan hər bir məhsulun keyfiyyəti və qiymətləri ilə maraqlanıb. Əhalinin sağlamlığının qorunması baxımından keyfiyyətə, xüsusilə də sanitariya qaydalarına ciddi əməl olunmasının çox vacib məsələ olduğunu vurğulayıb. Bazarda sakinlərin rahat şəkildə hərəkət etmələri üçün yaradılan şəraitlə tanış olan icra başçısı bununla bağlı aidiyyəti üzrə tapşırıqlarını verib.
Sakinlər ölkəmizdə vətəndaş amilinin, mövqeyinin üstün tutulmasını, onlara olan qayğının yüksək səviyyədə olmasını minnətdarlıq hissi ilə qarşılayıblar. Bu cür diqqət və qayğının onlarda ruh yüksəkliyi və dövlət-xalq birliyinə böyük inam hissi yaratdığını söyləyiblər.
GOYEZEN.AZ



Facebook-da paylaş