Bu
gün tam əminliklə söyləyə bilərik ki, ölkə Prezidenti cənab İlham Əliyevin
rəhbərliyi altında müstəqil Azərbaycan dövlətində bütün sahələrdə vətəndaş
amili ön plana çəkilir. Həyata keçirilən layihələr, məqsədyönlü işlər,
imzalanan çoxsaylı Fərman və Sərəncamlar birbaşa vətəndaş amilinə xidmət edir.
Ölkə Prezidentinin çıxışları zamanı "Xalqa ləyaqətlə xidmət etmək, vətəndaşlara
diqqət və qayğı göstərmək hər bir dövlət məmurunun borcudur. Mən Prezident kimi
öz vəzifəmi xalqa xidmətdə görürəm” söyləməsi bir daha sübut edir ki,
Azərbaycanda vətəndaş amili dövlət siyasətinin prioritet istiqamətlərindən
birini təşkil edir. Bir sözlə, vətəndaşlara olan diqqət və qayğı bütün işlərdə
hər zaman yüksəkdə dayanır.
Dövlət
başçısının vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr, sakinlərlə bağlı
atdığı nümunəvi addımlar Qazaxda da hiss olunur. Bunu son illər rayonda görülən işlərdən, həyata keçirilən
tədbirlərdən, ən əsası da vətəndaş mövqeyinin, onlara olan diqqət və qayğının
üstün tutulmasından aydın şəkildə görmək olur.
Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər təyin olunduğu ilk gündən vətəndaş amilini ön plana çəkməsinin bariz
nümunəsi isə sakinlərlə keçirdiyi görüşlər, mütəmadi olaraq sakinlərin arasında
olması, onların qayğıları ilə yaxından maraqlanması, narahat edən məsələləri öz
dillərindən eşitməsi və həlli istiqamətində tapşırıqlar verməsidir. Ən əsası da
istər iş fəaliyyətində, istərsə də göstərdiyi diqqət və qayğıda hər zaman
vətəndaş məmnunluğunu, onların rahatlığını, xoş güzəranını əsas
götürməsidir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də "Nazim” MMC-yə məxsus
şəhərin mərkəzində yerləşən Mərkəzi bazarda olub, sakinlərlə səmimi söhbət edərək
qayğıları ilə maraqlanıb. İlk gündən vətəndaşlara göstərilən qayğının bundan
sonra da olduğu kimi davam etdiriləcəyini, ən əsası isə ölkə rəhbərinin istəyinə
uyğun şəkildə yerinə yetiriləcəyini diqqətə çatdırıb. Bugünkü görüşün də məhz
bu məqsədi daşıdığını bir daha qeyd edib.
Sonra
rayon rəhbəri Mərkəzi bazarda yaradılan səliqə-sahman, satılan hər bir məhsulun
keyfiyyəti və qiymətləri ilə maraqlanıb. Əhalinin sağlamlığının qorunması
baxımından keyfiyyətə, xüsusilə də sanitariya qaydalarına ciddi əməl
olunmasının çox vacib məsələ olduğunu vurğulayıb. Bazarda sakinlərin rahat şəkildə
hərəkət etmələri üçün yaradılan şəraitlə tanış olan icra başçısı bununla bağlı
aidiyyəti üzrə tapşırıqlarını verib.
Sakinlər
ölkəmizdə vətəndaş amilinin, mövqeyinin üstün tutulmasını, onlara olan qayğının
yüksək səviyyədə olmasını minnətdarlıq hissi ilə qarşılayıblar. Bu cür diqqət və
qayğının onlarda ruh yüksəkliyi və dövlət-xalq birliyinə böyük inam hissi
yaratdığını söyləyiblər.
GOYEZEN.AZ
Geri qayıt
|