Prezident İlham Əliyev: “Şuşa şəhəri nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər”
Dövlətin
mədəniyyət siyasətində yeni strateji prioritetləri Özünəməxsusluğun və
milli identikliyin qorunması mədəniyyət siyasətinin qarşısında duran strateji
prioritetlərdəndir. Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir
xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan
mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub. Azərbaycan dilinin,
Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi həm də müstəqilliyimizin,
vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarını
qorumaq kimi dəyərləndirilməlidir. Azərbaycan dilinin
qorunması hər bir vətəndaşın vəzifəsidir.Azərbaycan dilinin qorunması hər kəsin borcudur. Zənginliyi
nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri
vardır. Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilin
dəyişilməsinə səbəb olur. Dilin orijinallığının qorunması məsələsi media ilə bağlı
qurumların, eləcə də telekanalların da öhdəsinə yeni vəzifələr müəyyən edir.
Ümummilli Lider də öz çıxışlarında Azərbaycan dilinin saflığının qorunması üçün
çağırışlar edir, dilimizin türk dilləri ailəsində xüsusi müstəqil mövqeyini
vurğulayırdı. Ümummilli liderin təşəbbüsü ilə hər il Azərbaycanda avqustun 1-i Azərbaycan əlifbası və dili günü
kimi qeyd olunur. Böyük xalqın zəngin
dili olmalıdır. Bu gün dünyada 50
milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Azərbaycan dilinin
müxtəlif tərcümə, izahlı, terminoloji, etimoloji lüğətlərinin hazırlanıb çap
olunmasında müşahidə olunan nizamsızlığın aradan qaldırılması, Azərbaycan
Respublikasının hüdudlarından kənarda yaşayan azərbaycanlıların folklorunun,
dialekt və ləhcələrinin öyrənilməsi kimi məsələlər də gündəmə gətirilməlidir. Azərbaycan dili və mədəniyyəti milli və bəşəri dəyərləri
də ehtiva edir. Milli-mədəni irs
nümunələrinin tanıdılması fəaliyyətin əsas prioritetlərindən biri kimi
qalmalıdır. Azərbaycan muğamı xalqın milli sərvətidir. Mövcud istiqamətdə
UNESCO ilə əməkdaşlıq qarşılıqlı maraqlar əsasında davam etdirməlidir. Muğam
sənəti bir neçə ölkədə mövcud olmasına baxmayaraq, Azərbaycan muğam sənətinin
mərkəzidir. Ölkəmizin sözügedən statusu qorunmalıdır. Mədəniyyət sahəsində
strateji fəaliyyət istiqamətləri. Mədəni irsin qorunması. Azərbaycan
mədəniyyətinin dünyada təbliği. Gənc nəslin milli ruhda tərbiyə olunması.
İstedadlı mədəniyyət xadimlərinin mükafatlandırılması zamanı obyektivliyin
gözlənməsi. Tarixi abidələrin qorunması. Yararsız vəziyyətdə olan mədəniyyət
ocaqlarının qısa müddət ərzində təftişinin aparılıb yenidən siyahıya alınması.
Azad edilmiş torpaqlarda görüləcək işlər. Dini abidələrə
xüsusi diqqət ayrılmalıdır. Azərbaycanda dini abidələr xüsusi olaraq qorunur və
qorunacaq. Prezidentin göstərişi ilə bütün əsas dini abidələr təmir olunub. Bir
çoxları, o cümlədən Heydər məscidi yenidən tikilib. Digər məscidlər tarixi
simaları qorunmaqla əsaslı təmir edilib. Dünyanın ən qədim məscidlərindən biri
olan, 743-cü ildə inşa edilmiş Şamaxı Cümə məscidi yenidən qurulub. Xristian
dini abidələri, alban kilsələri, o cümlədən Nic qəsəbəsindəki kilsə, Kiş
kilsəsi təmir edilib. Azərbaycan dini abidələr ilə zəngin olan
diyardır. Azərbaycanda xristian dininə mənsub olan abidələr var: alban kilsələri,
Kiş kilsəsi, Xudavəng kilsəsi. Artıq işğaldan azad olunmuş Xudavəng kilsəsi öz
sahiblərinə, udi qardaşlarımıza qaytarılıbdır. Baxmayaraq ki, ermənilər bunun həm
adını dəyişdirdilər, həm də orada aparılan saxtakarlıq işləri nəticəsində onun
görünüşünü dəyişdirdilər, onu erməniləşdirmək istədilər, amma buna nail ola
bilmədilər. Udi qardaşlarımız artıq Xudavəng kilsəsində öz ibadətlərini etmişlər.
Qafqaz Albaniyasına aid olan bütün digər kilsələr, o cümlədən Nic qəsəbəsindəki
kilsə. Heydər Əliyev Fondu tərəfindən təmir olunan bu kilsə müharibə zamanı
açılıb və Azərbaycana qarşı əsassız ittihamlar irəli sürənlərə ən gözəl cavab məhz
budur. Mədəni və dini abidələrin qorunması daim diqqət mərkəzində olmalıdır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə çox tarixi abidələr bərpa edilib. Ancaq
bu gün dözülməz vəziyyətdə olan kifayət qədər tarixi abidələr var. Yararsız vəziyyətdə
olan bu mədəniyyət ocaqlarının qısa müddət ərzində təftişi aparılmalı, siyahıya
alınmalı, yeni siyahılar tərtib edilməlidir. Çünki vaxtilə dövlət tərəfindən
qorunan abidələrin siyahıları dəqiq tərtib edilməmişdir. Orada qərəzli yanaşma
var idi. Bəzi binalar o siyahıdan çıxarılırdı ki, sonra onlar satışa
çıxarılsın. Belə hallar da var. Kifayət qədər çox pozuntular var idi. Yəni, bu
siyahılarla bağlı aparılan manipulyasiyalar, əlbəttə ki, mədəni irsimizə çox
böyük zərbə vurdu. Memarlıq əsərləri
Azərbaycan mədəniyyətinin və incəsənətinin vizit kartlarındandır. Azərbaycanın
memarlıq əsərləri dünya səviyyəsində məşhurdur və UNESCO-nun Qeyri-Maddi Mədəni
İrs Siyahısına salınıbdır. Qız qalası memarlıq nümunəsidir, təkrarolunmaz
memarlığa malikdir. İçərişəhər, Şirvanşahlar sarayı, digər bölgələrimizdə yerləşən
memarlıq abidələri göstərir ki, nə qədər zəngin memarlıq abidələrimiz var. Eyni
zamanda, son illər ərzində müasir memarlıq əsərləri yaradılıb. Heydər Əliyev Mərkəzi
dünyada seçilən memarlıq nümunələrindən biridir və bir çox reytinqlərdə, bir
çox hesabatlarda bir nömrəli müasir memarlıq nümunəsi kimi qeyd edilir. Alov
qüllələri də memarlıq nümunəsidir, həm Bakı şəhərinin rəmzi olan alovu əks
etdirir, eyni zamanda, ölkəmizin sürətli inkişafını əks etdirir, memarlıq
baxımından çox uğurlu bir layihədir. Eyni zamanda, bölgələrdə müasir memarlıq
abidələrinin sayı getdikcə artır. İnşa olunacaq yeni infrastruktur Qarabağın
bütün regionun mədəni mərkəzinə çevrilməsinə səbəb olacaqdır. Füzulidə beynəlxalq aeroport tikiləcəkdir. Oradan Şuşaya məsafə də
yaxındır. Çünki vaxtilə sovet dövründə Şuşaya ya gərək Xankəndidən gedəydin, ya
da ki, Laçın dəhlizi ilə. İndi isə yeni yol açılır. Ancaq Füzuli beynəlxalq
aeroportunun tikilməsi xarici qonaqların Şuşaya dəvət edilməsi üçün imkanlar
yaradacaq. Çünki oraya gəlib ondan sonra qısa müddət ərzində Şuşaya getmək
mümkün olacaqdır. Ölkənin beynəlxalq imicinə xidmət edən mədəni
layihələr 2021-ci il "Nizami Gəncəvi İli”dir. İlin elan olunması dövlət tərəfindən Azərbaycan ədəbiyyatına və mədəni
irsinə ayrılan yüksək diqqətinin təcəssümüdür. Dünya ədəbiyyatının görkəmli
nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin
yaradıcılığı hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. 2021-ci il Prezident
İlham Əliyevin Sərəncamı ilə "Nizami ili” elan olundu 2021-ci ildə Nizaminin 880 illik yubileyi qeyd
ediləcək. Yubiley həm Azərbaycanda, həm dünyada geniş qeyd olunmalıdır. Nizami,
Nəsimi, Füzuli və digər dahi Azərbaycan şairləri dünya ədəbiyyat xəzinəsinə çox
böyük töhfələr vermişlər. Şuşa tarixdə olduğu
kimi, bu gün də bütün regionun mədəni paytaxtına çevrilməlidir. İşğaldan azad edilmiş ərazilərdəki
tarixi abidələrin əsl siması bərpa olunmalıdır. Şuşa şəhərinin Azərbaycan
mədəniyyətinin paytaxtı elan edilməsi qeyd olunan hədəflərə nail olmağımızı
sürətləndirəcəkdir. Şuşanın mədəni
həyatı qısa müddət ərzində bərpa olunmalıdır. Bu il Şuşada Vaqif poeziya
günləri və "Xarı bülbül” festivalı bərpa olunmalıdır. Bu cür tədbirlər bütün
regionun mədəni brendinə çevrilməlidir. İşğaldan azad edilmiş torpaqlarda muğam
mərkəzləri yaradılmalıdır. Müharibə zamanı
alban-xristian kilsəsinin təmirdən sonra açılışı olubdur. Rus-pravoslav kilsələri,
sinaqoqlar, katolik kilsə, gürcü kilsələri, Bakıda yerləşən erməni kilsəsi –
bütün bunlar dövlət tərəfindən qorunur. Zəngin
Azərbaycan mədəniyyəti xalqın vizit kartıdır Azərbaycan dünyanın mədəni xəzinəsinə öz töhfəsini
vermiş nadir ölkələrdəndir. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan
şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni
səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının
ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni
sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Nizami
dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Ölkəmizdə
Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin
nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış,
kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Nizaminin ədəbiyyatda
və incəsənətdə yaddaqalan obrazı yaradılmışdır. Mütəfəkkir şairin doğma şəhəri
Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri
ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və
Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük
Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət
göstərir. Aşıq sənəti unikal
sənət növüdür və milli folklorumuz haqqında xəbər verən əsas mənbədir. Aşıq
sənəti təkrarolunmaz sənətdir. Haqlı olaraq aşıq sənəti sırf Azərbaycan sənəti
kimi qəbul edilir. Gənclərin milli incəsənətə, milli musiqiyə, muğam sənətinə
böyük maraqla yanaşması təqdirəlayiq haldır və bu uğurlu təcrübə inkişaf
olunmalıdır. Tətbiqi sənət
nümunələrinin inkişafı mədəniyyət siyasətinin qarşısında duran önəmli
vəzifələrindəndir. Xalçaçılıq sənəti
xalqımızın fəxr mənbələrindən biridir. Azərbaycan tarixi memarlığı dünya
səviyyəsində məşhurdur, unikaldır. Azərbaycanda bu gün də nadir memarlıq
əsərləri yaradılır. Bir çox hesabatlarda bir nömrəli müasir memarlıq nümunəsi
kimi qeyd edilən Heydər Əliyev Mərkəzi, Bakı şəhərinin rəmzi olan alovu əks
etdirən Alov qüllələri belə nümunələrdəndir. Multikultural dəyərlər Azərbaycan milli
mədəniyyətinin ayrılmaz keyfiyyətidir Azərbaycanda yaşayan
bütün xalqların milli mədəniyyətinin qorunması strateji əhəmiyyət kəsb edir.
Azərbaycanda yaşayan ermənilər bu ölkənin vətəndaşlarıdır. Bu gün Qarabağ
bölgəsində yaşayan ermənilər də, ancaq Azərbaycan dövləti çərçivəsində normal
yaşaya bilərlər. İşğal edilmiş torpaqlarda yaşayan erməni əhalisinin real sayı
təqribən 60 min ətrafında idi. Multikultural
dəyərlərin qorunması Azərbaycanın UNESCO ilə əməkdaşlığının əsas
istiqamətlərindən biri olmalıdır. Azərbaycanda
multikultural cəmiyyəti bir çox ölkələr üçün örnək olmalıdır. Bakıda səfərdə
olan Roma Papası Fransiskin, İslam Əməkdaşlıq Təşkilatının rəhbərlərinin
bəyanatlarında bu fakt xüsusi vurğulanır. Erməni vandalizmi bəşəriyyətə qarşı törədilmiş
cinayətdir Erməni vandalizmi və
mənimsəmə siyasəti. Ermənistan
Azərbaycana qarşı mədəni soyqırımı törədib. Onları müsəlman əhatəsində olan
sivilizasiyalı bir məkan kimi təqdim etməyə çalışan Qərb dairələri buna laqeyd
qalmamalıdır. Ermənilər bütün qonşulara meydan oxuyur, əsassız torpaq iddiası
irəli sürürlər. Ermənilər qonşu
xalqların, xüsusən azərbaycanlıların musiqi, mətbəx ənənələrini oğurlayırlar.
Azərbaycan torpaqlarını işğal etdikləri vaxt ermənilər altmışdan çox məscidi
dağıdıblar, buna heç kim reaksiya vermir. Heç bir beynəlxalq təşkilat
Ermənistanı qınamır. Beynəlxalq münasibətlər müstəvisində mədəniyyət diplomatiyanın
davamıdır Mədəniyyət sahəsində beynəlxalq riyakarlıq
bağışlanmazdır. Heç bir beynəlxalq təşkilat
ermənilər tərəfindən dağıdılan müsəlman abidələri ilə maraqlanmır. Məscidlərimizi
mənfur düşmən dağıdıb. Altmışdan çox məscid işğal edilmiş və azad edilmiş
torpaqlarda dağılıb və buna heç kim reaksiya vermir. Heç bir beynəlxalq təşkilat Ermənistanı qınamır. Biz erməni kilsəsini
qoruyuruq, erməni xalqı ilə heç bir problemimiz yoxdur və Azərbaycanda yaşayan
ermənilər vətəndaşlarımızdır. Bu gün Qarabağ bölgəsində yaşayan ermənilər də, əminik,
bunu artıq başa düşürlər ki, onlar ancaq Azərbaycan dövləti çərçivəsində normal
yaşaya bilərlər. GOYEZEN.AZ
Facebook-da paylaş