Prezident İlham Əliyev: “Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub”
ATƏT-in
Minsk qrupu həmsərdlərinin sonuncu dəfə Azərbaycana səfərindən sonra ötən bir il
ərzində bölgə və dünyadakı vəziyyət dəyişmişdir. Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti dəyişdirmişdir. Status-kvo güc
yolu ilə, Azərbaycan hökumətinin iradəsi, yürüdülən müdrik siyasət, Azərbaycan
xalqının əzmi, həmrəyliyi, bütün qüvvələrin səfərbər olunması, Azərbaycan
əsgərinin şücaəti sayəsində
dəyişdirilmişdir. Minsk qrupu həmsədr
ölkələrinin liderləri münaqişənin hərbi həlli olmadığını iddia etsə də,
Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi. Prezident
İlham Əliyev: ""Hərbi variant
yoxdur” deyənlər sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər”. Hazırda
Rusiya sülhməramlıları Dağlıq Qarabağda öz fəaliyyətinə başlayıblar. Ermənistan
və Azərbaycan da bunu dəstəkləyib. Vəziyyət müəyyən dərəcədə sabitdir. Sülhyaratma
əməliyyatları müzakirə olunmuş razılaşmanın, Madrid prinsiplərinin bir
hissəsidir. Prezident
İlham Əliyev: "Dağlıq Qarabağ
münaqişəsi artıq tarixə qovuşub”. Beynəlxalq
vasitəçilər haqqında 10
il əvvəl Minsk qrupunun həmsədri olan ölkələrin prezidentləri birgə bəyannamə
ilə çıxış edərək status-kvonun qəbuledilməz olduğunu bildirmişlər. Azərbaycan
bəyannaməni dəstəkləsə də, müəyyən vaxtdan sonra həmsədr ölkələrin
liderləri status-kvonun onlar üçün qəbul
edilən olması haqda mesajlar vermişlər. Pezident
İlham Əliyev: "Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki
bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi”. BMT-nin
Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, digər beynəlxalq təşkilatların
qərarlarına baxmayaraq, bu qədər illər ərzində münaqişə niyə həll olunmurdu? Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik
Şurasının daimi üzvü olsalar da, Ermənistan qoşunlarının çıxarılmasını tələb
edən 4 qətnamənin icrası üçün heç nə etməyiblər. Beynəlxalq vasitəçi olan
ölkələrin hər biri öz imkanlarından, potensialından
istifadə edərək Ermənistanı işğal
etdiyi əraziləri tərk etməsi üçün mesaj verə bilərdi, lakin belə mesaj
verilməyib. Ermənistana ciddi sanksiyalar tətbiq olunsaydı, işğalçı
qüvvələrini geri çəkərdi. İşğal etdiyi
ərazilərin kiçik hissəsindən belə çıxarması üçün Ermənistana təzyiq olunmayıb. Minsk
qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən
fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Münaqişənin dondurulmuş kimi görünməsi
beynəlxalq vasitəçiləri qane edib. Minsk qrupunun gələcək mandatı
şübhəlidir və Azərbaycanla razılaşdırılmalıdır. Prezident
İlham Əliyev: "Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat
verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm”. ATƏT-in
Minsk qrupunun həmsədrləri regiona qərəzsiz və kollektiv qaydada sabitliyin,
rifahın gətirilməsi üçün tamamilə yeni bir vəziyyət yarandığını etiraf edirlər.
Minsk qrupunun gələcək mandatının da Azərbaycandan asılı olduğu qəbul edilir. Azərbaycan və
Ermənistan ordularının müqayisəsi Pezident
İlham Əliyev: "Ermənistan döyüş meydanında məğlub olaraq kapitulyasiya Bəyanatı
imzalamağa məcbur olmuşdur. Ermənistan üçün alçaldıcı kapitulyasiya
imzalamasının tam məsuliyyəti Paşinyanın diktatura rejiminin üzərinə düşür”. Ermənistanın
əvvəlki rəhbərlərinin vaxtında nəticə olmasa da, danışıqlar gedirdi, Paşinyan danışıqlar prosesinin formatını alt-üst etməyə cəhd etmişdir, onun
təxribatçı hərəkətləri və bəyanatları danışıqları tamamilə mənasız etmişdir. Paşinyanın
7 şərtinə qarşı Azərbaycanın yeganə şərti işğalçının torpaqlarımızdan çıxması
olmuşdur. İkinci Qarabağ müharibəsinin gedişində də Azərbaycan tərəfinin yeganə
şərti bu olmuşdur. Prezident
İlham Əliyev: "Paşinyan yalançıdır, indi də yalan danışmağa davam edir”. Paşinyan
Sarkisyan və Köçəryan rejiminə qarşı etiraz dalğası üzərində hakimiyyətə gəlmiş
təsadüfi insandır. Paşinyan səhv etdi və
layiqli cəzasını aldı. O, bu alçaltmaya layiqdir. Ermənistan ordusu darmadağın
edildi, ruhdan düşdü və artıq nəsə etmək üçün heç bir imkana malik deyildi. Sırvavi
ermənilər zorla orduya cəlb edilmiş, əsgərlər qaçmasın deyə səngərlərdə
bir-birinə zəncirlənmişdir. Xüsusi şəxslər Ermənistan qoşunlarının arxasında
dayanaraq qaçmağa cəhd edən öz millətinin nümayəndələrini qətlə
yetirirdilər. Azərbaycan
Ordusu məğlubedilməz olduğunu nümayiş etdirmiş, işğal olunmuş ərazilərin böyük
hissəsini, 300-dən artıq şəhər, qəsəbə və kəndi, o cümlədən Azərbaycanın tarixi
Şuşa şəhərini 44 gün ərzində azad etmişdir. Üçtərəfli
bəyanat imzalandıqdan dərhal sonra Azərbaycan döyüşü dayandırmışdır. Azərbaycan
yalnız Vətən müharibəsi aparmışdır, etnik təmizləmə və ya başqa ölkənin
ərazilərini tutmaq kimi heç bir hədəfi olmamışdır. Halbuki, Azərbaycan
ordusunun potensialı buna tam imkan verir. Prezident
İlham Əliyev: "Azərbaycan Sarkisyan və Köçəryan ordusunu məğlub etmişdir”. İşğalçıların
Ermənistan ordusu və demək olar ki, erməni dövləti məhv olmuş, erməni
millətçilərinin üzdəniraq "artsax” xülyaları dağıdılmışdır. Rusiya
Prezidentinin müraciəti əsasında Azərbaycanın Kəlbəcərin boşaldılması üçün
verdiyi əlavə 10 gün vaxtdan ermənilər qarət, vandalizm, vəhşilik, ekoloji
terror məqsədilə istifadə etmişlər. Kəlbəcərdə meşələr, su elektrik
stansiyaları, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda bütün yaşayış
binaları, tarixi-mədəni abidələr dağıdılmışdır. Ermənistanın
və qondarma Dağlıq Qarabağ rejiminin rəhbərləri müharibə caniləridirlər.
Gəncənin ballistik raketlə atəşə tutulması, Bərdə və Tərtər şəhərlərinin
kasetli və fosforlu sursatla atəşə məruz qalması, işğal edilmiş ərazilərdə
qanunsuz məskunlaşdırma hərbi cinayətlərdir. Prezident
İlham Əliyev: "Sarkisyan və Köçəryan hərbi cinayətkardırlar”. Erməni
işğalçılarının mülki əhaliyə, infrastruktura, dini və mədəni abidələrə vurduğu
ziyanın müvafiq təhlili aparılır. Hər bir şey sənədləşdiriləcək və zəruri
hüquqi addımlar atılacaq. Qanunsuz məskunlaşdırma hərbi cinayətdir. İşğal
olunmuş ərazilərdə suriyalı erməniləri yerləşdirməyi planlaşdırırdılar və
onlardan muzdlular kimi istifadə edirdilər. Əlimizdə ermənilərin istifadə
etdiyi muzdlular barədə saysız-hesabsız faktlar var. Prezident
İlham Əliyev: "Xalqımız, ölkəmiz qələbə qazandı, çünki həqiqət və beynəlxalq
hüquq bizim tərəfimizdə idi”. Prezident
İlham Əliyev: "Ermənistan faşizmi yenidən baş qaldırarsa, onun başını dəmir
yumruqla əzəcəyik. Bu dəfə biz onları tamamilə darmadağın edəcəyik. Bu, heç kəs
üçün sirr qalmalı deyil”. Regionun və
Azərbaycandakı erməni icmasının gələcəyi Azərbaycan
dövlətinin erməni xalqı ilə problemi yoxdur. Bizim davamız işğalçılarladır,
ərazimizi işğal edən cinayətkarlarladır. Prezident
İlham Əliyev: "Azərbaycan vətəndaşı olan ermənilər təhlükəsizlik və ləyaqət
şəraitində yaşaya bilərlər”. Dağlıq
Qarabağın erməni icmasının güzəranı Azərbaycan idarəçiliyi altında daha yaxşı
olacaq. Qondarma rejim öz erməni vətəndaşlarını səfalət içində, qul kimi
yaşamağa məcbur etmişdir. Artıq
Ağdam rayonunda Monitorinq Mərkəzi yaradılır. Türkiyə-Rusiya Monitorinq Mərkəzi
atəşkəs rejiminə nəzarət edəcək. Bu, regional əməkdaşlığın çox yaxşı
təzahürüdür. Prezident
İlham Əliyev: "Regiona yeni canlanma gətirilməlidir. Regionda yeni inkişaf
olmalıdır. Azərbaycan buna hazırdır”. Ermənistanın
regional əməkdaşlıq platformalarında təmsil olunması Paşinyan rejimindən, yaxud
da həmin rejimi devirəcək dairələrdən asılı olacaq. Bu, çoxtərəfli
platforma ola bilər. Bu işbirliyi platformasında iştirak edən bütün bölgə
ölkələri bundan ancaq faydalana bilər. Beynəlxalq
ictimaiyyət Ermənistana birbaşa mesaj verməlidir. Gələcəkdə heç zaman
Azərbaycan xalqının hissləri ilə oynamasın, yoxsa ağır cəzadan yaxa qurtara
bilməyəcəksiniz! Naxçıvanla quru əlaqəsinin yaradılması həyati əhəmiyyət kəsb
edir, vacib tarixi nailiyyətdir və regionun gələcəyi ilə bağlı müzakirələr üçün
yeni imkanlar yaradır. GOYEZEN.AZ
Facebook-da paylaş