Fransa Prezidenti Emmanuel Makron öz bəyanatı ilə ölkəsinin 30 illik danışıqlar prosesi boyunca tərəflərə fərqli münasibət göstərdiyini ortaya qoydu
Fransa tərəfsizliyini
qoruya bilmir.Fransanın Prezidenti Emmanuel Makron sentyabrın 30-da Ermənistan-Azərbaycan
münaqişəsi ilə bağlı baş verən son hadisələrə dair verdiyi bəyanatla bunu bir
daha sübut etdi. Makronun verdiyi bəyanat münaqişənin həll edilməsi üçün
yaradılan Minsk Qrupu həmsədri kimi ölkənin vasitəçilik missiyası ilə uyğun gəlmir,
birtərəfli və qərəzlidir. Eyni zamanda, həmin bəyanatla Fransa işğalçı Ermənistanı dəstəkləyir, obyektiv deyil.
Makronun bəyanatı bölgə və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə xidmət
etmir. Bu isə o deməkdir ki, Fransa
işğalçının yanındadır. İşğalçı Ermənistan ilə işğala məruz qalan Azərbaycana
beynəlxalq hüquq norma və prinsiplərinə görə fərqli münasibət göstərilməli, Ermənistana
beynəlxalq təzyiq edilməlidir. Fransa vasitəçilik
missiyasını yerinə yetirmir. Fransanın bu qərəzli və siyasi etik qaydalara sığmayan bəyanatı onu
göstərir ki, bu ölkə Minsk Qrupu həmsədri funksiyasını yerinə yetirməkdə
psixoloji çətinlik çəkir. Fransa bu missiyasını tərəfsiz olaraq yerinə
yetirib-yetirməyəcəyi haqqında xüsusi açıqlama verməlidir. Fransanın Minsk
Qrupu həmsədrliyindən çıxarılması müzakirə edilməlidir. Münaqişənin sülh yolu ilə həll
edilməsi üçün vasitəçilik missiyasını yerinə yetirən bir ölkənin prezidentinin
Ermənistana və ermənilərə xitabən "Ermənistana və ermənilərə deyirəm, Fransa da
öz rolunu oynayacaq” – deyə bəyanat verməsi əsla qəbul edilə bilməz. Bu işğalçı
Ermənistanı mükafatlandırmaq və yeni ərazilər işğal etməyə həvəsləndirməkdir. Vasitəçi tərəfsiz və ədalətli olmalıdır.
Makronun timsalında Fransa obyektiv və ədalətli vasitəçi reputasiyasını itirdi.
Bu bəyanatla Makron Fransanın 30 illik danışıqlar prosesi boyunca tərəflərə fərqli
münasibət göstərdiyini ortaya qoydu. 1994-cü ilin dekabrında ATƏT-in Budapeşt
Sammitində Minsk Qrupunun mandatı müəyyən olundu. 1997-ci ildə Fransanın Minsk
Qrupuna həmsədr kimi təklif olunması bizi sevindirdi. Makronun son bəyanatı əyani
sübutdur ki, biz yanılmışıq. Makronun "Ermənistana və ermənilərə deyirəm,
Fransa da öz rolunu oynayacaq” bəyanatının bir anlamı var: Fransa Azərbaycan
torpaqlarının zəbt olunmasının davamında Ermənistan və ermənilərə yardımçı
olacaq. Makronun Latviyanın paytaxtı Riqada səsləndirdiyi
"Fransa Türkiyənin savaşkar bəyanatından olduqca narahatdır, bu bəyanat Azərbaycan
üzərindən məsuliyyəti götürür və Şimali Qarabağı (dediyi kimi) yenidən fəth etməyə
imkan verir” deməsi Makronun nəinki ədalətli vasitəçi, həm də münaqişənin
detalları və tarixi haqqında xəbərdar olmasına şübhə yaradır. Azərbaycan işğalçıya qarşı Vətən Müharibəsi
aparır. Bu savaş Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək uğrunda Vətən
Müharibəsidir. Bu bizim haqq işimizdir. Dağlıq Qarabağ mübahisəli torpaq deyil,
Azərbaycanın əbədi, əzəli və beynəlxalq hüquq tərəfindən tanınmış tarixi
torpağıdır. Bunu anlamayan vasitəçilərin missiyasına ehtiyac yoxdur. Azərbaycan Ermənistanın
işğal etdiyi torpaqlarını azad etməsi üçün bütün hallarda beynəlxalq hüquqa əsaslanır. Azərbaycanın haqlı mübarizəsinə
qərəzli mövqe nümayiş etdirən Qərb dövlətlərinin, institutlarının, həmçinin
media qurumlarının fəaliyyətini, onların peşəkarlığını və obyektivliyini ciddi
şəkildə şübhə altına almağa hər cür əsas var. Fransa münaqişənin
sülh yolu ilə həll edilməsi üçün müzakirələrin davam etmədiyini bilirdi. Fransa, ABŞ, Rusiya və bir
sıra beynəlxalq qurumlar Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı
danışıqların bərpasına dair çağırışlar edirdilər. Son iki ildə Azərbaycan
Prezidenti İlham Əliyev bu ölkələrin diqqətinə çatdırırdı ki, Paşinyan hökuməti
danışıqlardan imtina edir. Ermənistanın müharibəyə hazırlaşdığını Prezident
İlham Əliyev dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdı. Fransa soyqırımı törətmiş
bir ölkədir.Fransanın yaxın tarixinə diqqət yetirdikdə onun soyqırımlarla dolu səhifələrini
görməmək mümkün deyil. Əlcəzair xalqı Fransanın hakimiyyəti altında 132 ildə
(1830-1962) müstəqillik uğrunda mübarizə aparmış və nəticədə fransızlar tərəfindən
1,5 milyon əlcəzairliyə qarşı soyqırımı həyata keçirmişdir. Fransanın
Vyetnamda törətdiyi soyqırımı da unutmaq olmaz. Fransa Vyetnamda çox böyük soyqırımı həyata
keçirmişdir. Fransanın soyqırımı keçmişi yalnız Əlcəzairlə və Vyetnamla məhdudlaşmır.
Fransa üç qitədə olan müstəmləkələrində yerli əhaliyə qarşı soyqırımı törətmiş,
əhalini ölkəni tərk etməyə məcbur etmiş, dinlərini dəyişdirmiş və onlara ən adi
insani yaşamaq haqqı verməmişdir. Fransanın Cibutidə
törətdiyi soyqırımı da hər kəsə yaxşı məlumdur. XIX əsrin 60-cı illərində Fransa əsgəri
birlikləri Cibutiyə daxil olur. 1917-ci ildə Cibutidə başlanan azadlıq mübarizəsi
qan gölündə boğuldu, 100 minlərlə insan öldürüldü. Fransanın Çadda
törətdiyi soyqırımı da onların işğalçı niyyətini bir daha göstərir. Çad torpaqlarının fransızlar
tərəfindən işğalı da bu ölkənin törətdiyi soyqırımlar silsiləsinin davamıdır. Ötən
əsrin 50-ci illərinin sonlarına qədər fransızlar Çadda soyqırımına davam etmişlər. Fransa Qabon torpaqlarında da soyqırımı həyata
keçirmiş, islam dinini qadağan etmiş, din xadimlərini öldürmüş, 10 minlərlə
insanı yaşamaq hüququndan məhrum etmişdir. Fransanın Tunisdə
törətdiyi soyqırımı zamanı 1881-ci ildə Fransa Tunisi işğal etmişdir. Fransızlar burada müqavimət
göstərənlərə qarşı amansız terror həyata keçirmişlər. Bu gün Kamerunun ingilisdilli və
fransızdilli bölgələri arasındakı savaş Fransanın müstəmləkə dövrünün Afrika
ölkələrinə qoyduğu acı mirasdır. Fransa beynəlxalq dəyərlərə fərqli münasibət
göstərdiyini açıq şəkildə nümayiş etdirir. Makrona məsləhət görərik ki, Azərbaycana
Dağlıq Qarabağla bağlı məsləhətlər verib uca bəyanatlar səsləndirməkdənsə,
Korsika xalqına millətlərin öz müqəddəratını müəyyən etmək prinsipini bəxş etməklə
"əsl demokratiya” nümunəsini göstərsin. GOYEZEN.AZ
Facebook-da paylaş