Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazaxın işğal altında olan 7 kəndinin sakinləri ilə görüş keçirib
Bu
gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov pandemiya
qaydalarına əməl etmək şərti ilə Qazaxın işğal
altında olan 7 kəndinin - Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu,
Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kəndlərinin bir qrup sakininin
istəyi ilə onlarla görüş keçirib. Qələbə sevincini işğal altında olan kəndlərin
sakinləri ilə bir daha bölüşən Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov 44 günlük Vətən müharibəsində əldə olunmuş
Qələbə münasibətilə hər birini təbrik edib, xoş arzularını çatdırıb. Bu gün hər
birimizin fəxrlə söylədiyimiz tarixi Qələbəyə görə ölkə Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, şanlı Azərbaycan Ordusunun əsgər və
zabitlərinə, qeyrətli Vətən oğullarına borclu və minnətdar olduğumuzu bildirib.
İcra başçısı şəhidlərimizin qanı hesabına qazandığımız bu Zəfərlə hər birimizin
qürur duyduğunu, sevindiyini, fəxr etdiyini söyləyib. Rayon rəhbəri bir daha bu
şanlı zəfəri bizlərə bəxş edən şəhidlərimizə Allahdan rəhmət, yaralı əsgər və
zabitlərimizə isə şəfa diləyib. Ölkə Prezidentinin "Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" fikrini əldə rəhbər tutaraq deyə bilərik ki, ərazi bütövlüyümüzün tam
təmin ediləcəyi heç kəsdə şübhə doğurmasın. Sonda sakinlər qazanılan böyük tarixi Qələbəyə görə bir
daha Ali Baş Komandana, ordumuzun əsgər və zabitlərinə, hərbçilərimizə sonsuz
minnətdarlıqlarını çatdırıblar.
GOYEZEN.AZ




Facebook-da paylaş















