• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar Prezidentə yazırlar: “Biz qisasımızı Qarabağı çiçəkləndirməklə, firavan yaşamaqla, xoş gələcəyimizlə alacağıq”


Gövhər Babacanovadan, 

Hörmətli cənab Prezident.

Sizin xalqa göstərdiyiniz qayğı və diqqəti mən və ailə üzvlərim də hər zaman öz üzərimizdə hiss edirik. Yaranan problemlərin anında və operativ həll edilməsi, vətəndaşlarla ünsiyyət və onların qəbulu, dinlənilməsi bir vətəndaş olaraq məni çox sevindirir. Sizə ünvanladığım müraciətdən sonra bu ayın 5-də işlə təmin olundum. Hazırda həvəslə çalışır və evimə çörək aparıram.

Sizə öz adımdan və ailəm adından dərin təşəkkürümü bildirirəm.

Hörmətlə,

Gövhər Babacanova

Azərbaycan Respublikası, Qazax şəhəri.

 

Nuranə Əhmədlidən, 

Hörmətli cənab Prezident.

İgid əsgərlərimizin xain erməni işğalçılarını torpaqlarımızdan qovmasını alqışlayıram. 30 il bizim doğma torpaqlarımızda qanunsuzluqlar edən, cinayət törədən ermənilər qəhrəman əsgərlərimizlə üz-üzə gələndə gizlənməyə yer axtardılar.

Onların məğlubiyyətlərini boyunlarına alacaqları gün uzaqda deyil. Azərbaycan xalqına yaşatdıqları bütün əzab, əziyyət, kədər və dərd əvəzsiz qalmayacaq. Biz qisasımızı Qarabağı çiçəkləndirməklə, firavan yaşamaqla, xoş gələcəyimizlə alacağıq.

Cənab Prezident, təşəkkürümü hansı sözlərlə ifadə etsəm, azdır. Minnətdarıq, cənab Prezident.

Hörmətlə,

Nuranə Əhmədli

Azərbaycan Respublikası, Qazax rayonu.



Facebook-da paylaş