İcra başçısı son döyüşlərdə yaralanmış çavuş Səyyar İsmayılovun ailəsinə baş çəkib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov Rayon Polis Şöbəsinin rəisi Ədalət
Əliyevlə birlikdə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu
istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını
alarkən yaralanmış çavuş İsmayılov Səyyar Şərif oğlunun ailəsinə baş
çəkiblər.
"Hər bir hərbçimiz bizim üçün
doğmadır, əzizdir”, - deyən icra başçısı S.İsmayılovun ailəsi ilə səmimi söhbət
edib, qayğıları ilə maraqlanıb.
Hərbçimizin anası Fəranə
İsmayılova övladının Aprel döyüşlərində də iştirak etdiyini, Vətəni üçün hər
zaman öndə gedən döyüşçülərdən olduğunu bildirib.
Hərbçimizin qardaşı Sərdar
İsmayılov isə qeyd edib ki, "Bu gün qardaşım da, mən də Vətən yolunda
canımızdan keçməyə hazırıq. Çünki biz nə Vətənimizi, nə də düşmən gülləsi ilə
üz-üzə dayanan soydaşlarımızı dar gündə tək qoya bilmərik. Bu gün hər birimiz
ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin "İrəli!” əmrinə bir nəfər kimi
hazırıq”.
Hərbçimizin ailə üzvləri onlara
baş çəkdiklərinə görə rayon rəhbərliyinə razılıqlarını bildiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş