Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı son döyüşlərdə yaralanmış çavuş Səyyar İsmayılovun ailəsinə baş çəkib

İcra başçısı son döyüşlərdə yaralanmış çavuş Səyyar İsmayılovun ailəsinə baş çəkib


20-07-2020, 20:04


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyevlə birlikdə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən yaralanmış çavuş İsmayılov Səyyar Şərif oğlunun ailəsinə baş çəkiblər.
"Hər bir hərbçimiz bizim üçün doğmadır, əzizdir”, - deyən icra başçısı S.İsmayılovun ailəsi ilə səmimi söhbət edib, qayğıları ilə maraqlanıb.
Hərbçimizin anası Fəranə İsmayılova övladının Aprel döyüşlərində də iştirak etdiyini, Vətəni üçün hər zaman öndə gedən döyüşçülərdən olduğunu bildirib.
Hərbçimizin qardaşı Sərdar İsmayılov isə qeyd edib ki, "Bu gün qardaşım da, mən də Vətən yolunda canımızdan keçməyə hazırıq. Çünki biz nə Vətənimizi, nə də düşmən gülləsi ilə üz-üzə dayanan soydaşlarımızı dar gündə tək qoya bilmərik. Bu gün hər birimiz ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin "İrəli!” əmrinə bir nəfər kimi hazırıq”.
Hərbçimizin ailə üzvləri onlara baş çəkdiklərinə görə rayon rəhbərliyinə razılıqlarını bildiriblər.
GOYEZEN.AZ


Geri qayıt