Qazaxda icra başçısı bir qrup Polis əməkdaşını peşə bayramları münasibətilə təltif edib
Bu gün Azərbaycan Polisi yaranmasının 102-ci
ildönümünü qeyd edir. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı
Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.
Respublikamızın hər yerində
olduğu kimi, Qazaxda da bu əlamətdar gün qeyd edilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Azərbaycan
Polisinin yaranmasının 102 illiyi” münasibətilə xidməti vəzifələrini layiqincə
yerinə yetirdiklərinə görə Qazax Rayon Polis Şöbəsinin bir qrup əməkdaşını Fəxri Fərmanla təltif edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov çıxış edərək 102 illik tarixi bir yol qət edən Azərbaycan Polisi
əməkdaşlarının peşə bayramı münasibətilə bütün polis işçilərini təbrik edib.
Qeyd edib ki, nitqimi ulu öndər Heydər Əliyevin Polis haqqında işlətdiyi bir
ifadə ilə başlamaq istəyirəm: "Azərbaycanın iqtisadi, elmi, mədəni, intellektual potensialı ilə
yanaşı, daxili işlər orqanları sistemində də böyük potensial vardır. Qeyd edim
ki, müstəqilliyi təmin etmək üçün bir neçə dövlət atributu mövcüddur. Əgər
onların biri ordudursa, digəri müstəqil xarici siyasətdirsə, o birisi də Daxili
İşlər Nazirliyi, polis orqanlarıdır”. Azərbaycan polisinin ölkəmizdə
ictimai sabitliyin təmin olunmasındakı rolundan danışan icra başçısı bildirib ki,
daxili işlər orqanlarında xidmətə hazırlığın yüksəlməsi, intizamın artması,
mənəvi psixoloji durumun və sosial müdafiənin yaxşılaşdırılması, peşəkar kadr
özəyinin yaradılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Zəngin tarixi
təcrübəsi olan Azərbaycan polisi öz peşə bayramını da məhz ulu öndər Heydər
Əliyevin Fərmanı ilə 1998-ci ildən qeyd edir. Azərbaycan polisinə verilən bu
önəmin səbəbi isə ondan qaynaqlanır ki, Ulu Öndər ictimai sabitliyin qorunub
saxlanmasında, cinayətkarlıq hallarının qarşısının alınmasında daxili işlər
orqanlarının fəaliyyətini daim yüksək qiymətləndirib. Azərbaycan polisi dövlətə
və xalqa yüksək sadiqlik nümayiş etdirməklə mühüm vəzifələrinin öhdəsindən
həmişə layiqincə gəlib.
İcra başçısı qeyd edib ki, bu gün Azərbaycan polisi
cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və təhlükəsizliyin təminində,
daxili sabitliyin yaradılması sahəsində qanunla müəyyən edilən vəzifəsini
layiqincə yerinə yetirir. Bütün dünyada, o cümlədən də ölkəmizdə tüğyan edən
koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması
istiqamətində görülən işlərdə daxili işlər orqanları əməkdaşlarının fəaliyyəti,
dövlətimizə olan dəstəyi danılmazdır. Istər ictimai asayişin qorunmasında,
istər vətəndaşların təhlükəsizliyinin təmin edilməsində polis əməkdaşlarının
gördükləri işlər minnətdarlıqla qarşılanmalıdır.
Rayon
rəhbəri bildirib ki, Ulu Öndərin hüquq-mühafizə orqanları ilə bağlı siyasəti bu
gün Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Ölkə
başçısının polis əməkdaşlarının əməyini yüksək qiymətləndirərək hər zaman orden
və medallarla, xüsusi rütbələrlə mükafatlandırması onlara olan qayğının əyani
göstəricisidir.
Rayon Prokuroru Rauf
Gözəlov çıxış edərək əlamətdar gün münasibətilə bütün polis əməkdaşlarını
təbrik edib, polisin şanlı tarixinin ən mühüm mərhələlərinin, dövlətə sədaqətli
xidmət ənənəsinin başlanğıcının ümummilli lider Heydər Əliyevin adı və
fəaliyyəti ilə qırılmaz şəkildə bağlı olduğunu, Azərbaycan Polisinin ölkədə
təhlükəsizliyin, sabitliyin, asayişin təminatçısı olduğunu bildirib. 102 illik tarixə malik Azərbaycan Polisinin kəşməkeşli
olduğu qədər də şərəfli bir yol keçdiyini, tarix boyu Vətənə, xalqa sədaqətlə
və ləyaqətlə xidmət etdiyini, dövlətçiliyin əsas sütunlarından birinə
çevrildiyini qeyd edib.
Sonra Qazax RPŞ-nin rəisi, polis
polkovniki Ədalət Əliyevə, Qazax RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis
baş leytenantı Murad Qurbanova, Qazax RPŞ-nin YPX-nin baş inspektoru, polis
kapitanı Fərid Əliyevə, Qazax RPŞ-nin MSY-nin rəisi, polis baş serjantı Ruslan
Çobanova "Azərbaycan Polisinin yaranmasının 102 illiyi” münasibətilə xidməti vəzifələrini
layiqincə yerinə yetirdiklərinə görə Qazax Rayon
İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim edilib.
Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki
Ədalət Əliyev polis işçilərini peşə bayramları münasibətilə təbrik edib, ən səmimi
arzularını çatdırıb. Ə.Əliyev ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanı
ilə hər il iyulun 2-nin ölkəmizdə polis günü kimi qeyd olunmasını polis
işçilərinə göstərilən qayğının təzahürü kimi qiymətləndirib. Qeyd edib ki,
rayon polis şöbəsinin əməkdaşları Azərbaycan qanunlarına, xalqa, Vətənə,
ümummilli lider Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevə daim
sadiqdirlər və ictimai asayişin, vətəndaşların hüquq və azadlıqlarının
qorunmasında bundan sonra da şərəflə çalışacaqlar.
GOYEZEN.AZ
Facebook-da paylaş