“Əlimdən gələni edəcəyəm”
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun məcburi köçkünlərlə görüşündə bu fikirlər səslənib
Şəhərin Çinardibi deyilən sahəsində yaşayan beşmərtəbəli binada məskunlaşmış sakinlər görüşdə öz problem və qayğılarından söz açıblar.
Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək binada məskunlaşmış sakinlərin yaşayış şəraitinin aşağı olmasından danışıb. Yaxın vaxtlarda bu vəziyyətin aradan qaldırılacağını bildirib.
Qeyd edib ki, “əlimdən gələni edəcəyəm ki, sizin yaşayış şəraitiniz yaxşılaşsın. Burada təmir işləri aparılacaq, lazımi abadlıq tədbirləri həyata keçiriləcəkdir. Elə edəcəyik ki, burada məskunlaşmış məcburi köçkünlər normal şəraitdə yaşaya bilsinlər. Bunun üçün lazım olan bütün işlər görüləcəkdir”.
Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq mövcud problemlərin zaman-zaman aradan qaldırılacağını qeyd edib və məcburi köçkünlərə ən xoş arzularını bildirib.
Facebook-da paylaş