Qazaxda vətəndaş amili hər zaman ön planda dayanır
Bu gün tam əminliklə söyləyə
bilərik ki, Azərbaycanda cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən
uğurlu siyasətin mərkəzində hər zaman ölkə vətəndaşı, onların istəkləri dayanır.
Bütün sahələri əhatə edən diqqət və qayğı onu sübut edir ki, dövlət hər bir sahədə
vətəndaş mövqeyini üstün tutur. Bu gün birmənalı şəkildə deyə biləcəyimiz tək
bir həqiqət də var ki, o da son 3 ildə genişmiqyaslı tikinti-quruculuq, abadlıq
işlərinin geniş vüsət aldığı Qazaxda bütün sahələrin inkişaf etməsidir. Ən əsası
da rayonda dövlət başçısının vətəndaşların rahatlığı, onların istəkləri,
qaldırdıqları hər hansı bir məsələnin müsbət həll olunması istiqamətində
verdiyi tapşırıq və tövsiyələrin daim diqqət mərkəzində saxlanılması, hər bir məsələyə
xüsusi həssaslıqla yanaşılmasıdır. Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşovun hər zaman olduğu kimi bu gün də rayonda fəaliyyət göstərən
şəhərdaxili və kəndlərə sərnişin daşıyan marşrutların mövcud vəziyyəti, vətəndaşların
rahatlığının və təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərlə tanış
olması sakinlərə olan diqqət və qayğısının bariz nümunəsidir. Avtovağzaldakı, eləcə də marşrutlardakı
mövcud şəraitlə yaxından maraqlanan rayon rəhbəri sürücülərin əhaliyə xidmətinin
şəffaf və yüksək səviyyədə təmin olunması, istər şəhərdaxili, istərsə də kəndlər
üzrə hərəkət edən bütün marşrutlarda səliqə-sahman yaradılması, sərnişinlərin
rahatlığını təmin edəcək tədbirlərin görülməsi ilə bağlı tapşırıq və tövsiyələrini
verib. Sakinlərlə, sürücülərlə səmimi
söhbət edən icra başçısı onlara göstərilən diqqət və qayğının bundan sonra da
yüksək səviyyədə olacağını bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş