Qazaxda vətəndaş amili hər şeydən öndədir
Bu gün
hər kəsə yaxşı məlumdur ki, Azərbaycanda Prezident İlham Əliyev tərəfindən
həyata keçirilən siyasətin mərkəzində məhz ölkə vətəndaşı dayanır. Bütün
sahələri əhatə edən bu diqqət və qayğı onu göstərir ki, dövlət hər bir sahədə
vətəndaş mövqeyini, istəyini üstün tutur. Son 3 ildir ki, genişmiqyaslı
tikinti-quruculuq işlərinin geniş vüsət aldığı və böyük bir tikinti
meydançasını xatırladan Qazaxda da bütün sahələr inkişaf edir. Ölkə başçısı
İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq daim diqqət mərkəzində
saxlanılan, xüsusi həssaslıqla yanaşılan sahələrdən biri də vətəndaşların rahatlığı,
onların istəkləri, qaldırdıqları hər hansı bir məsələnin müsbət həll
olunmasıdır. Bu gün Qazax
Rayon İcra Hakimiyyətinin, Yol Patrul Xidmətinin (YPX) və Nəqliyyat
Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) əməkdaşlarının
rayonda vətəndaşların rahatlığını, təhlükəsizliyini təmin etmək məqsədilə
sürücülərə qarşı birgə keçirdikləri reyd də məhz sakinlərə olan diqqət və
qayğının bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini
Məmməd Alıyev və digər qrumun nümayəndələri rayonda fəaliyyət göstərən şəhərdaxili
və kəndlərə sərnişin daşıyan marşrutların mövcud vəziyyəti ilə tanış olublar.
Sürücülərin əhaliyə xidmətinin şəffaf və yüksək səviyyədə təmin olunması,
istər şəhərdaxili, istərsə də kəndlər üzrə hərəkət edən bütün marşrutlarda
səliqə-sahman yaradılması, sərnişinlərin rahatlığını təmin edəcək tədbirlərin
görülməsi ilə bağlı tapşırıq və tövsiyələrini veriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş