Qazaxda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ümumxalq sevgisi ilə anılıb
Azərbaycan xalqının Ulu Öndəri
Heydər Əliyevin cismani yoxluğundan 16 il ötür. Bu illər ərzində həyatımızda
çox şey dəyişib. Ötən müddət ərzində baş verən inkişaf ildən-ilə gözəlləşən
Bakının və regionlarımızın simasında aydın görünür. Azərbaycanın təşəbbüsü və
birbaşa iştirakı ilə qlobal energetika və nəqliyyat layihələri həyata
keçirilir, vaxtilə xəyal hesab edilənlər reallığa çevrilir. Vətəni və xalqı
qarşısında misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin ideyaları yaşamaqda,
gələcəyə aparan yolumuzu işıqlandırmaqdadır. Bu gün Ümummilli Liderin vəfatından 16 il keçməsinə
baxmayaraq Heydər Əliyev şəxsiyyətinin əzəməti və böyüklüyü illər ötdükcə daha
dərindən dərk olunur. Azərbaycan xalqının öz dahi oğluna məhəbbət və ehtiramı
ildən-ilə daha da artır. Çünki bu gün Azərbaycan dünyada ən sürətlə inkişaf
edən ölkələr sırasında yer alıbsa, səsimiz beynəlxalq kürsülərdən daha gur
eşidilirsə, bayrağımız uca zirvələrdə dalğalanırsa, bu, dahi şəxsiyyət Heydər
Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində mümkün olub. Respublikamızın
hər yerində olduğu kimi, Qazax rayonunda da müstəqil Azərbaycan dövlətinin
qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin anım günü ümumxalq
sevgisi ilə qeyd edilib. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov Ümummilli Lider Heydər Əliyevin adını
daşıyan parka gəlib, dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri qoyaraq əziz
xatirəsini ehtiramla yad edib. Hüquq-mühafizə
orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivləri,
ağsaqqallar, müharibə və əmək veteranları, tələbələr, məktəblilər,
ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri Ulu Öndərin abidəsini
ziyarət edib, gül dəstələri qoyub, öz sevgi və ehtiramlarını bildiriblər. Sonra Heydər Əliyev
Mərkəzində dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən "Dahi şəxsiyyət”
adlı filmə baxıb, kitab və jurnallardan ibarət sərgi ilə tanış olub, öz ürək
sözlərini qeyd ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov çıxış edərək bildirib ki, Azərbaycanın ən
yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır. İntibah və milli şüurun oyanışı
onun hakimiyyətə gəlişi ilə başlayıb, müstəqilliyimiz məhz onun sayəsində dönməz
xarakter alıb. İcra başçısı Ulu Öndərin Azərbaycana rəhbərlik
etdiyi dövrlərdə həyatımızın büsbütün dəyişdiyini, artıq Azərbaycanın 16 il əvvəlki
Azərbaycan olmadığını, baş verən inkişafın ildən-ilə gözəlləşən paytaxt Bakının
və regionlarımızın simasında əksini tapdığını qeyd edib. Bu gün Azərbaycanın təşəbbüsü
və bilavasitə iştirakı ilə qlobal layihələrin həyata keçirildiyini, ölkəmizin
beynəlxalq səviyyəli yarışlara, tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb. İcra başçısı
qeyd edib ki, bu gün dahi şəxsiyyətin gördüyü işləri görməmək olmaz. Azərbaycan
xalqı fəxr edə bilər ki, onun tarixi və taleyi dahi şəxsiyyət Heydər Əliyevin
adı və ideyaları ilə bağlıdır. Vətənimiz üçün çox mürəkkəb bir dövrdə xalqına
arxa olan Ulu Öndər Heydər Əliyev Azərbaycanın inkişaf tarixində silinməz
izlər qoyub. Onun zəhməti nəticəsində Azərbaycan dünyanın siyasi meydanında öz
sözünü deyə bilən qüdrətli dövlətə çevrilib. Rayon rəhbəri bildirib ki, bu gün
bunu Azərbaycan xalqı yaxşı dərk edir və Ulu Öndərə olan sevgini göstərir. Ən əsası da 1990-cı illərdə çox ağır, böhranlı
vəziyyətə düçar olmuş xalq ötüb keçənləri unutmayıb
və xilasına görə özünü Heydər Əliyevə borclu sayır. Hər il dekabrın 12-də və
mayın 10-da istər Fəxri
xiyabanda yerləşən qəbrinin, istər bölgələrimizdə olan abidələrinin izdihamla
ziyarət olunması Ulu Öndərin
xatirəsinə olan tükənməz sevgi və ehtiramın parlaq ifadəsi kimi hər zaman diqqət
çəkir. Rayon rəhbəri
qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə
fərqlənən Ümummilli Lider Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə
çevrildiyini, Azərbaycanın özü qədər əbədi olan dahi şəxsiyyətin hər bir
vətəndaşın qəlbində böyük məhəbbətlə anıldığını, sevildiyini, yaşadığını və
əbədi yaşayacağını qeyd edib. Rayon rəhbəri Azərbaycanda istər yaşlı insanların,
istər orta, istərsə də gənc nəslin Ümummilli Liderin Azərbaycan dövləti və
xalqı üçün etdiklərini qədirbilənliklə xatırladığını və yüksək qiymətləndirdiyini
də diqqətə çatdırıb. Qeyd edib ki, yaşlı nəsil ona görə qiymət verir ki,
ölkənin çətin və keşməkeşli günlərini görüblər. Azərbaycanın ağır günlərində
məhz Ulu Öndərin dəstəyini, diqqət və qayğısını hiss ediblər. Orta nəsil də
Azərbaycanın müstəqillik əldə etdikdən sonra ölkədə baş verən yeniliklərin,
gündən-günə olan inkişafın şahidi olduğu üçün dahi rəhbərin bu xalq üçün
etdiklərini müqayisə edərək görülən işləri yüksək dəyərləndirirlər. Gənc nəsil
də bu gün inkişaf etmiş Azərbaycanı bütün dünya dövlətləri ilə müqayisə edən
zaman bir daha şahidi olur ki, bütün bu inkişafın, qazanılan uğur və nailiyyətlərin
təməlində, mayasında Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi misilsiz
xidmətlər dayanır.
Rayon rəhbəri qeyd edib
ki, Ulu Öndərin dilimiz, dinimizlə bağlı gördüyü işləri, təhsil, səhiyyə,
mədəniyyət, idman, kənd təsərrüfatı, eləcə də digər sahələrdə həyata keçirdiyi
saysız-hesabsız məqsədyönlü tədbirləri sadalamaqla bitməz. Dahi şəxsiyyətin
xalqı qarşısında daha bir müstəsna xidməti isə İlham Əliyev kimi oğul yetişdirməsidir.
Ulu Öndər həyatının son günlərində xalqa müraciətində yazırdı: Mən İlham Əliyevə
özüm qədər inanıram. Əminliklə bildirirdi ki, İlham Əliyev Azərbaycanı daha
parlaq gələcəyə aparacaq. Bəli, o vaxtdan
ötən 16 ilin möhtəşəm uğur salnaməsi Ulu Öndərin öz inamında yanılmadığının əyani
təsdiqidir. Bu gün Ulu Öndərin vaxtilə söylədiyi "Bütün gücümü
və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən
mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm,
iradə verib və bütün uğurlarımı təmin edib” kimi dəyərli fikirləri iş
fəaliyyətinin hər anında hiss edən ölkə başçısı da öz xalqına arxalanaraq müdrik siyasəti ilə ölkəmizi irəli aparır. Yeni əsrin
yeni lideri olan Prezident İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir. Dövlətin
sükanının etibarlı əllərdə olduğunu görən xalq öz Prezidentinə güclü dəstək
verir və onun arxasınca inamla gedir.
GOYEZEN.AZ
Facebook-da paylaş