İcra başçısı İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən Aqro Parkda olub
Son illər
ölkəmizdə Respublika Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatının
inkişaf etdirilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncam və Fərmanları əsas
götürərək bu sahəni inkişaf etdirən rayonlardan biri də Qazax rayonudur. Son 3
ildə rayonda yeni-yeni kənd təsərrüfatı obyektlərinin, sənaye müəssisələrinin
yaradılması da bunu söyləməyə əsas verir. Rayonun İkinci
Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən Aqro Park da ölkə Prezidentinin
kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun
olaraq həyata keçirilən uğurlu layihələrdən biridir. Rayonda kənd təsərrüfatının
inkişaf etdirilməsi istiqamətində yaradılmış bu Aqro Park həm də yeni iş
yerlərinin açılması baxımından da böyük əhəmiyyət kəsb edir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Aqro
Parkdakı mövcud vəziyyətlə maraqlanıb. Tikintinin layihə rəhbəri
Kamil Əlimirzəyev rayon rəhbərliyinə Aqro
Parkdakı mövcud vəziyyət, eləcə də bu il üzrə aparılan əkin sahəsi haqqında ətraflı
məlumat verib. Cari ildə 1052,35 hektar sahədə əkin işləri aparıldığını
bildirib. Əkin sahəsinin 300,05 hektarını kartof, 463,0 hektarını buğda, 140,1
hektarını arpa, 5 hektarını noxud, 5 hektarını yazlıq, 20 hektarını payızlıq
kök, 74,7 hektarını qarğıdalı, 44.50 hektarını isə soya təşkil etdiyini, bütün
sahələrdə məhsul tədarükünün başa çatdığını qeyd edib. Məlumat üçün qeyd edək
ki, Aqro Parkda torpaq sahələrinin suvarılması məqsədilə
uzunluğu 13,5 km olan 520 m-lik metal borular vasitəsilə (yeraltı) 1-ci, 2-ci və
3-cü pillə nasos stansiyaları arasında basqılı boru kəməri çəkilib. O cümlədən,
sahədaxili suvarma məqsədilə uzunluğu 18 km olan 315 m-lik polietilen borularla
yeraltı suvarma xətləri çəkilib. Bundan əlavə, Aqro Park daxilində sahəsi 1600
kv.m olan quru anbar, tutumu 2670 ton olan çox funksiyalı soyuducu anbar inşa
edilib. Sahəsi 463 kv.m olan ikimərtəbəli inzibati idarəetmə ofis binası da tam
hazırdır. Sahəsi 608 kv.m olan texnikaların təmiri saxlanılması məqsədilə
talvar quraşdırılıb. Həmçinin ərazidə tərəzi, yeməkxana binası, gözətçi otağı, əlavə
qurğular və s. inşa edilib istismara verilib. Elektrik
təminatı ilə əlaqədar 13,2 km uzunluğunda elektrik hava veriliş xətti çəkilib. 1
ədəd 1000 kVa, 2 ədəd 630 kVa, 1 ədəd 63 kVa transformatorlar quraşdırılıb.
2-ci və 3-cü pilləli nasos stansiyalarına suyun vurulması üçün 1-ci pillə nasos
stansiyasında 3 ədəd (1-i ehtiyatda olmaq şərti ilə) 630 kVa nasos (gücləri) quraşdırılıb. Aqro
Parkın su təminatında da məqsədyönlü işlər görülüb. Belə ki, Xram çayı sahilində
1-ci pillə (irihəcmli) nasos stansiyası və suqəbuledici inşa edilib, o cümlədən,
çayın kənarında ərazi boyu sahilbərkitmə işləri görülüb. Sahələrdə isə 2-ci
pillə və 3-cü pillə nasos stansiyaları inşa edilərək istismara verilib. Həmçinin,
torpaqların daimi su ilə suvarılması məqsədilə 2-ci və 3-cü pillə nasos
stansiyalarının yanında hər birinin həcmi 4500 kubmetr olmaqla beton örtüklü 2 ədəd
su anbarı inşa edilib və ətrafı qorumaya alınıb. Bundan başqa, Aqro Parkın
həyətində həyət abadlaşma işləri aparılıb, həmişəyaşıl ağaclar və dekorativ gül
kolları əkilib. Rayon rəhbəri kənd sakinlərinin payız-qış mövsümündə fasiləsiz elektrik enerjisi,
qaz, rabitə xidmətləri ilə yüksək səviyyədə təmin olunması ilə bağlı kənddə görülən
işlərlə də tanış olub. İşlərin keyfiyyətlə aparılması ilə bağlı tapşırıq və
tövsiyələrini verib. GOYEZEN.AZ
Facebook-da paylaş