Vətəndaşlar ölkə başçısına minnətdarlıq edib
Möhtərəm cənab Prezident. Sizin rəhbərliyinizlə ölkəmizin hər yerində,
o cümlədən Qazaxda həyata keçirilən infrastruktur layihələri, aparılan
abadlıq-quruculuq işləri, yaradılan yeni müəssisələr rayonumuzun simasını
dəyişir, bütün sahələrdə müşahidə olunan inkişaf əhalinin yaşayış səviyyəsində
də öz əksini tapır.
Sərəncamlarınıza əsasən rayonumuzda bir sıra
layihələrin reallaşdırılması, Qazaxın geniş abadlıq-quruculuq meydanına
çevrilməsi Sizin diqqət və qayğınızın göstəricisidir. Həyata keçirilən
çoxşaxəli quruculuq tədbirləri yaşayış məntəqələrini abadlığa, inkişaf və
tərəqqiyə qovuşdurur.
Bizim yaşadığımız çoxmərtəbəli binaların
əsaslı təmiri və dam örtüklərinin yenilənməsi onların görkəmini tamamilə
dəyişib. Sakinlər şəhərimizin gündən-günə gözəlləşməsinə sevinir, yaşadığımız
binanın səliqəli görünüşü ilə qürur duyurlar.
Rayonumuzda aparılan abadlıq-quruculuq
işlərinə görə bir daha Sizə minnətdarlığımızı bildirir, respublikamızın
inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.
Dərin hörmətlə,
Nəbiyeva Hamaya Yaqub qızı
Nəcəfova Xalidə Şahin qızı
Əmirxanov Fərid Mehti oğlu
Mustafayeva Tamaşa Məmmədcəfər qızı və
başqalarından (Cəmi: 22 nəfər).
Azərbaycan Respublikası, Qazax rayonu. Hamaya Nəbiyeva və başqalarından
Facebook-da paylaş