Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar ölkə başçısına minnətdarlıq edib

Vətəndaşlar ölkə başçısına minnətdarlıq edib


1-07-2019, 14:20

Hamaya Nəbiyeva və başqalarından


Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyinizlə ölkəmizin hər yerində, o cümlədən Qazaxda həyata keçirilən infrastruktur layihələri, aparılan abadlıq-quruculuq işləri, yaradılan yeni müəssisələr rayonumuzun simasını dəyişir, bütün sahələrdə müşahidə olunan inkişaf əhalinin yaşayış səviyyəsində də öz əksini tapır.

Sərəncamlarınıza əsasən rayonumuzda bir sıra layihələrin reallaşdırılması, Qazaxın geniş abadlıq-quruculuq meydanına çevrilməsi Sizin diqqət və qayğınızın göstəricisidir. Həyata keçirilən çoxşaxəli quruculuq tədbirləri yaşayış məntəqələrini abadlığa, inkişaf və tərəqqiyə qovuşdurur.

Bizim yaşadığımız çoxmərtəbəli binaların əsaslı təmiri və dam örtüklərinin yenilənməsi onların görkəmini tamamilə dəyişib. Sakinlər şəhərimizin gündən-günə gözəlləşməsinə sevinir, yaşadığımız binanın səliqəli görünüşü ilə qürur duyurlar.

Rayonumuzda aparılan abadlıq-quruculuq işlərinə görə bir daha Sizə minnətdarlığımızı bildirir, respublikamızın inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Nəbiyeva Hamaya Yaqub qızı

Nəcəfova Xalidə Şahin qızı

Əmirxanov Fərid Mehti oğlu

Mustafayeva Tamaşa Məmmədcəfər qızı və başqalarından (Cəmi: 22 nəfər).

Azərbaycan Respublikası, Qazax rayonu. 


Geri qayıt