• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar ölkə başçısına minnətdarlıq edib

Rövşən Məmmədov və başqalarından, 


Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyinizlə ölkəmizdə aparılan abadlıq-quruculuq işləri hər yerdə olduğu kimi, Qazax rayonunda da uğurla davam edir. Görülən işlər nəticəsində rayonumuzun siması dəyişir, bütün sahələrdə yenilənmə, inkişaf hiss olunur.

Bizim yaşadığımız çoxmərtəbəli binanın əsaslı təmiri və dam örtüyünün dəyişdirilməsi onun görkəmini tamamilə müasirləşdirib, sakinlərin isə sevincinə səbəb olub. Artıq binamız səliqəli görünüşü ilə şəhərimizi bəzəyir.

Cənab Prezident, rayonumuzda aparılan abadlıq-quruculuq işlərinə görə bir daha Sizə minnətdarlığımızı bildirir, respublikamızın inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Məmmədov Rövşən Manaf oğlu

Süleymanova Sevil Maksim qızı

Əliyeva Leyla Fazil qızı

Rüstəmova Dilarə İman qızı

Abdullayev Zaur Rüstəm oğlu və başqalarından (Cəmi: 23 nəfər).

Azərbaycan Respublikası, Qazax rayonu.



Facebook-da paylaş