• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar ölkə başçısına minnətdarlıq edib

Vaqif Mehtiyev və başqalarından, 


Hörmətli cənab Prezident.

Sizin tərəfinizdən verilən tapşırıqların, sərəncamların icrası nəticəsində ölkəmizin şəhər və rayonları, kənd və qəsəbələri inkişaf edir, xalqımızın güzəranı yaxşılaşır. Çox sevindirici haldır ki, bu il sosial məsələlərə diqqət daha da çoxalıb, pensiyaların, sosial müavinətlərin və təqaüdlərin məbləği artırılıb.

Son bir neçə ildə şəhər və rayonlarda çoxmənzilli yaşayış binalarının əsaslı təmirinə, onların dam örtüklərinin dəyişdirilməsinə, lift təsərrüfatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirlir. Bu il bizim bina da təmir edildi. İndi yaşayış binamız daha yaraşıqlı və səliqəli görünür. Sakinləri narahat edən məsələlər aradan qaldırılıb.

Cənab Prezident, bütün bu işlərə görə Sizə minnətdarlığımızı bildiririk. Azərbaycanın daha da inkişafı naminə fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq.

Hörmətlə,

Mehtiyev Vaqif Omar oğlu

Əliyeva Afət İlham qızı

Bayramova Nigar Məhəmməd qızı

Qasımov Ramin Mayıl oğlu və başqaları.

Azərbaycan Respublikası, Qazax rayonu.



Facebook-da paylaş