• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar ölkə başçısına minnətdarlıq edirlər

Natiq Mahmudov və başqalarından


Çox hörmətli cənab Prezident.

Biz məşğulluq mərkəzində işaxtaran kimi qeydiyyata alınmışdıq. Özünüməşğulluq proqramında iştirak etmək istədiyimizi bildirdik. Hər birimizin ideyamıza uyğun olaraq təsərrüfat şəraitimizə baxış keçirildi və təlim kursuna cəlb olunduq. Təlim kursunu bitirdikdən sonra qiymətləndirmədən uğurla keçərək biznes planımıza uyğun olaraq mallarla təmin edildik. Verilən malların kəmiyyət və keyfiyyətindən çox razıyıq.

Özünüməşğulluq proqramının həyata keçirilməsinə görə Sizə minnətdarlığımızı bildiririk. Siz aztəminatlı ailələri bir daha sevindirdiniz, bizə öz ailə təsərrüfatlarımızı qurmaq üçün şərait yaratdınız. İnanırıq ki, özünüməşğulluq proqramı nəticəsində qısa müddətdə Azərbaycanda işsizlik tamamilə ləğv olunacaq, hər hansı bir ideyası olan işaxtaranlar öz ailə təsərrüfatlarını yaradaraq daha çox gəlir əldə edəcəklər.

Cənab Prezident, hər birimiz öz ailəmiz adından Sizə bir daha təşəkkür edir və Azərbaycanımızın daha da çiçəklənməsi üçün həyata keçirdiyiniz işlərinizdə uğurlar arzulayırıq. Allah Sizi və doğmalarınızı qorusun!

Hörmətlə,

Mahmudov Natiq Türmən oğlu

Allahverdiyev Elməddin Nəsrəddin oğlu

Həsənova Yamən Razim qızı

Qocayev Qədir Vilayət oğlu və başqaları (cəmi: 17 nəfər).

Azərbaycan Respublikası, Qazax rayonu. 

GOYEZEN.AZ



Facebook-da paylaş