• Təqvim

  • Unutma

  • Maraq



Şəhid ailəsindən ölkə başçısına minnətdarlıq məktubu

13 mart 2019, Pəri Məmmədovadan, Qazax, Azərbaycan

Hörmətli cənab Prezident.

Ötən il keçirilən prezident seçkilərindən sonra imzaladığınız ilk Fərmanınızla Siz şəhid ailələrini sevindirdiniz. Bu kateqoriyadan olan insanlara birdəfəlik ödəmənin verilməsi ilə bağlı humanist addımınız yüzlərlə insanın rifah halını yaxşılaşdıracaqdır.

Cənab Prezident, mən də şəhid ailəsinin bir üzvü olaraq 11 min manat birdəfəlik ödəmə almışam. Buna görə Sizə minnətdaram. Sizə və ailənizə cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayıram.

Hörmətlə,

Məmmədova Pəri Yusifəli qızı.

Azərbaycan Respublikası, Qazax rayonu, Xanlıqlar kəndi.  



Facebook-da paylaş