Qazax xəbərləri RESPUBLİKA MƏTBUATINDA
Xalq yazıçısı
İsmayıl Şıxlının 100 illik yubileyi münasibətilə bağ salınmışdır Son illərdə Qazax rayonunda dahi insanların, yazıçı,
şair və bu qəbildən olan başqa şəxsiyyətlərin xatirəsinin əbədiləşməsi davamlı
xarakter almışdır. Məlum olduğu kimi Azərbaycanın Xalq yazıçısı İsmayıl
Şıxlının anadan olmasının 100 illik yubileyinin respublika səviyyəsində
keçirilməsi üçün dövlətimizin başçısı cənab İlham Əliyev 28 yanvar 2019-cu il
tarixli sərəncam imzalamışdır. Artıq Qazaxda bununla bağlı olaraq silsilə tədbirlərin
həyata keçirilməsinə start verilmişdir. Bu günlərdə yazıçının 100 illik
yubileyi şərəfinə onun doğma kəndi İkinci Şıxlıda "Ağalıq düzü” adlanan ərazidə
Qazax Rayon İcra Hakimiyyəti tərəfindən alma və ərik ağaclarından ibarət bağ
salınmışdır. Tədbirdə Qazax RİH başçısı Rəcəb Babaşov rayon ziyalıları, məktəblilər,
gənclər və KİV nümayəndələri iştirak etmişlər. Birinci Şıxlı kənd tam orta məktəbin şagirdləri Azərbaycan
Respublikasının Dövlət Himnini oxuduqdan sonra İsmayıl Şıxlının yaradıcılığına
nəzər salınıb. Qazax RİH başçısı Rəcəb Babaşov çıxış edərək
yazıçının yaradıcılığına böyük qiymət vermiş, onun 100 illik yubileyinin qeyd
olunması ilə bağlı imzaladığı sərəncama görə Prezident İlham Əliyevə bütün
qazaxlı ziyalılar, xüsusilə şıxlılar adından dərin minnətdarlığını bildirib. İcra
başçısı qeyd edib ki, yazıçı yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir
salnaməsinə yeni parlaq səhifə yazmışdır. Ədibin məşhur "Dəli Kür” romanı mühüm
ədəbi mədəni hadisə kimi qiymətləndirilmişdir. Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının
sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal və digər çıxış edənlər
İsmayıl Şıxlı şəxsiyyəti haqqında ürək sözlərini dedilər. Birinci Şıxlı kənd
tam orta məktəbinin şagirdləri Xalq yazıçısına həsr olunmuş şeirlər səsləndirdilər. Sakinlərin müraciətinə həssaslıqla
yanaşılır Respublika Prezidenti İlham Əliyevin siyasətində vətəndaş
amili daim prioritet götürülür. Ölkə başçısının son aylarda imzaladığı fərman və
sərəncamlar bunun bariz nümunəsidir. Qazax rayonunda da vətəndaşların
mövqeyinin qorunması diqqət mərkəzində saxlanılır. Son 3 ildə keçirilən səyyari görüşlər və fərdi qəbullar mütəmadi
olaraq həyata keçirilir. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir
qrup rayon sakinini növbəti dəfə fərdi şəkildə qəbul edib, onları narahat edən
məsələləri dinləyib. Qazax şəhər sakini Nəvazi İsmayılov az müddət öncə RİH
aparatına müraciət etmiş, qısa müddət ərzində qaldırdığı problem tam olaraq həllini
tapmışdır. Ona görə rayon rəhbərliyinə minnətdarlıq etmək üçün qəbula gəldiyini
bildirib. O, Qazaxda vətəndaşlara olan diqqətə, göstərilən qayğıya görə razılığını
ifadə edib. Ölkə başçısının istəyinə uyğun olaraq hər an vətəndaş amilinin ön
plana çəkilməsini yüksək qiymətləndirdiyini vurğulayıb. Xanlıqlar kənd sakini
Adıgözəlova Dilşad yeni qurlaşdırılan sayğacla bağlı müraciət etmiş, aldığı
cavabdan məmnun qalmışdır. Ağköynək kənd sakini Qənbər Eyyubovun ona məxsus
olan evin dam örtüyünün təmirinə köməklik olunması ilə bağlı müraciətinə baxılmış, aidiyyəti təşkilatlara
lazımi tapşırıqlar verilmişdir. Qazax rayonunda növbəti qanvermə aksiyası keçirilib. Qazax Müalicə
Diaqnostika Mərkəzində keçirilən xeyriyyə aksiyasında
rayon İcra Hakimiyyəti başçısı aparatının kollektivi, idarə, müəssisə və təşkilatların
kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, gənclər, rayon sakinləri
iştirak ediblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident
Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birgə aksiyanın keçirildiyi
Qazax Müalicə Diaqnostika Mərkəzinə gəlib və qan verib. Müxtəlif qan xəstəliklərindən əziyyət çəkənlərə köməklik məqsədilə
keçirilən tədbirdə Respublika Səhiyyə Nazirliyinin Bakı Mərkəzi Qan Bankının əməkdaşları
qan vermək istəyən vətəndaşları müayinə ediblər. Aksiya çərçivəsində könüllü olaraq qan vermək üçün mərkəzə 400 nəfərə
yaxın rayon sakini müraciət edib və onların 151 nəfərindən qan götürülüb. Vəli VƏLİYEV, "Respublika” qəzetinin bölgə müxbiri 19 aprel 2019-cu il
Qazaxda növbəti qanvermə
aksiyası keçirilib
Facebook-da paylaş