İcra başçısı Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb
Təhsilin
inkişafı hər bir ölkədə dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu gün tam
əminliklə deyə bilərik ki, son illər ölkəmizdə Prezident İlham Əliyevin
təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu sübut edir ki, bu sahə dövlət
siyasətinin mühüm strateji istiqamətlərindən biri və bəlkə də ən başlıcasıdır.
Görülən işlər və qarşıya qoyulan strateji hədəflər Azərbaycan təhsilinin parlaq
gələcəyindən xəbəb verir. Bu isə onu deməyə əsas verir ki, təhsil sahəsində
əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş islahatlar bu gün
Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə uğurla
davam etdirilir. Ən əsası da bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə
savadlı və istedadlı gənc nəslin yetişməsində, təhsil sahəsində böyük
nailiyyətlərin əldə edilməsində mühüm rol oynayır. Bir sözlə, dövlətin təhsil sahəsinə
göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycan təhsili
özünün yüksək inkişaf dövrünü yaşayır. Respublikamızda təhsil sahəsinə olan
qayğı Qazax rayonunda da öz əksini tapmaqdadır. Son 3 ildə Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən təhsil
sahəsinə xüsusi diqqət ayırması, istər müəllimlərə, istərsə də şagirdlərə qayğı
ilə yanaşması bunun ən bariz nümunəsidir. Rayon rəhbərinin təhsil işçiləri,
müəllimlərlə, şagirdlərlə keçirdiyi görüşlər demək olar ki, artıq bir ənənə
halını alıb. Bu gün növbəti belə görüşlərdən biri
Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi ilə olub. Hər zaman təşkil
etdiyi tədbirlərlə seçilən mərkəzin kollektivi ilə keçirilən görüşdə görülmüş
işlərdən, qarşıda duran vəzifələrdən danışılıb, müəllimləri və dərnək üzvlərini
maraqlandıran məsələlər müzakirə olunub. Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov görüşdə çıxış edərək müəllimləri salamlayıb, mərkəz tərəfindən
keçirilən tədbirləri, eləcə də dərnək üzvlərinin əl işlərini yüksək
qiymətləndirdiyini bildirib. Mərkəzin fəaliyyəti və bu ilin birinci rübündə
görülmüş işlərlə maraqlanan rayon rəhbəri bundan sonrakı işlərində də daha
böyük müvəffəqiyyətlər qazanmalarını arzulayıb. Qazax rayonunun ölkəmizdə təhsilin
beşiyi sayıldığını bildirən icra başçısı bu sahəyə göstərilən diqqət və
qayğıdan danışıb. Qeyd edib ki, rayonumuzda təhsil sahəsi ildən-ilə inkişaf
edərək daha böyük bəhrə verir. Ölkə
başçısının, təhsil nazirinin təhsil sahəsinə göstərdikləri diqqət və qayğının
nəticəsidir ki, bu sahə gündən-günə inkişaf edir, qazanılan uğurları, əldə
edilən nailiyyətləri ilə seçilir. Sevindirici haldır ki, dövlət tərəfindən
göstərilən bu qayğını yüksək dəyərləndirən qazaxlı ziyalılar, müəllimlər öz
uğurları ilə ölkə təhsilinə töhfə verirlər. Ötən il qəbul imtahanlarının
nəticələrinə görə Qazaxın respublika məktəbləri arasında 3-cü yerdə dayanması
bütün bu dediklərimizin əyani sübutudur. İcra başçısı gündən-günə dərnək
üzvlərinin sayı artan Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin də təşkil etdikləri
tədbirlərlə, uşaqların əl işləri ilə hər zaman seçildiklərini qeyd edib və bir
daha uğurlar arzulayıb. Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin
direktoru Gövhər Rəhimova çıxış edərək təhsil sahəsinə göstərdiyi diqqət və
qayğıya görə Respublika Prezidenti İlham Əliyevə, onlara göstərilən bu səmimi
münasibətə və qayğıya görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşova rəhbərlik etdiyi kollektiv adından öz dərin minnətdarlığını bildirib.
Ölkəmizdə, həmçinin, rayonumuzda təhsil sahəsinin inkişafı naminə daha böyük səylə
çalışacaqlarını və kollektiv olaraq öz töhfələrini verəcəklərini bildirib. GOYEZEN.AZ
Facebook-da paylaş