• Təqvim

  • Maraq



Uşaqlara göstərilən diqqət və qayğı həmişə yüksək səviyyədə olmalıdır


Bu gün Qazax rayonunda daim diqqət mərkəzində saxlanılan sahələrdən biri də azyaşlı körpələrin sağlam, hərtərəfli və düzgün böyüməsi, yüksək şəraiti olan bağçalarda təlim-tərbiyə olunması üçün yaradılan şəraitdir. Son iki il yarımda rayonda yeni uşaq bağçalarının tikilməsi, əsaslı şəkildə təmir olunaraq yenidən qurulması, müasir inventar və avadanlıqlarla təmin edilməsi bunu söyləməyə əsas verir.

Rayonda 25 bağça fəaliyyət göstərir ki, onlardan 6-sı şəhərdə, 19-u isə kəndlərdə yerləşir. Rayon rəhbərinin uşaqlara olan sonsuz qayğısının, yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün yeni uşaq bağçalarının tikilməsi və yaxud da əsaslı şəkildə yenidən qurulması istiqamətində həyata keçirdiyi məqsədyönlü işlərin nəticəsidir ki, həmin bağçalardan 16-sı müasir standartlara cavab verən səviyyəyə çatdırılıb. Şəhər bağçalarından 1,2,3,4,5 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları, eyni zamanda, ötən ay istifadəyə verilən İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçası həmin təmirli bağçalardandır.

Bundan əlavə, şəhərdə yerləşən 6 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə yenidən qurulması bu sahədə görülən işlərin uğurla davam etdirilməsi deməkdir.

Bu gün rayonda təqdirəlayiq hallardan biri də odur ki, bağçalarda yaradılan şəraitlə yanaşı, uşaqların keyfiyyətli ərzaqla təmin olunması, körpələrə göstərilən diqqət və qayğı da daim diqqət mərkəzində saxlanılır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rayonda fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarına baş çəkməsi, uşaqlara göstərilən qayğı ilə yerində tanış olması bunun bariz nümunəsidir.

Bu gün icra başçısı şəhərdə yerləşən 3, 4 saylı körpələr evi-uşaq bağçalarında və əsaslı şəkildə yenidən qurulan 6 saylı körpələr evi-uşaq bağçasının müvəqqəti yerləşdiyi binada olub.

Körpələr üçün yaradılan şəraitlə, uşaqların davamiyyəti, tibbi müayinə olunmaları, ərzaq təminatı və bişirilən yeməklərin keyfiyyəti ilə maraqlanıb. Yataq otaqlarına, mətbəxə, oyun otaqlarına, musiqi otağına baxıb. Mövsümlə əlaqədar olaraq istilik sisteminin mövcud vəziyyəti ilə maraqlanıb. 

Bağça müdirləri və işçilər ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.

Rəhbər kimi təyin olunduğu ilk gündən körpə balalara göstərdiyi səmimi münasibətə görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar. Bağçada uşaqların yüksək şəraitdə tərbiyə almaları üçün lazım olan bütün infrastrukturların yaradıldığını qeyd ediblər.























GOYEZEN.AZ



Facebook-da paylaş