Qazaxda çoxmənzilli binaların təmiri uğurla davam etdirilir
Bu gün böyük
bir tikinti meydançasını xatırladan Qazax rayonunda bütün sahələrlə yanaşı
vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində də məqsədyönlü
işlər görülür. Rayondakı çoxmənzilli yaşayış binalarının əsaslı şəkildə təmir
olunaraq sakinlərin istifadəsinə verilməsi bu baxımdan böyük əhəmiyyət kəsb
edir. Bu gün dövlət başçısı İlham Əliyevin Qazaxda çoxmənzilli binaların
əsaslı şəkildə təmir olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il
tarixli Sərəncamı son iki il yarımdır ki, uğurla icra edilir desək yanılmarıq.
Ötən il 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunaraq
sakinlərin istifadəsinə verilməsi, bu il daha 83 ədəd çoxmənzilli yaşayış binalarının
fasadında, bloklarında pilləkan qəfəslərində su-kanalizasiya, elektrik, rabitə
və qaz xətlərində əsaslı təmir, rənglənmə və həyətlərində abadlıq işlərinin
aparılması, 3 çoxmənzilli yaşayış binasının həyətində isə xeyir-şər evlərinin
tikilməsi və təmir olunması, bir binanın həyətində bu işin davam etdirilməsi
vətəndaş amilinin ön planda tutulması və daim diqqət mərkəzində olması
deməkdir. Bundan əlavə,
dövlət başçısının respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam
örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 4
oktyabr 2018-ci il tarixli Sərəncamı bu istiqamətdə görülən işlərin uğurla
davam etdirilməsinin əyani göstəricisidir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident
Administrasiyasının məsul işçisi Vüqar Hüseynovla birlikdə şəhərdə əsaslı
şəkildə təmir olunaraq istifadəyə verilən, eyni zamanda, hazırda təmir işləri
aparılan çoxmənzilli yaşayış binalarına baxış keçirib. Binalarda aparılan
əsaslı təmir işləri ilə tanış olub. Rayon rəhbəri və qonaq əvvəlcə 3 oktyabr tarixində əsaslı təmirdən sonra
istifadəyə verilən, Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli, 3 bloklu,
37 mənzilli 61A nömrəli, 3 mərtəbəli, 2 bloklu, 18 mənzilli 63 nömrəli və 4
mərtəbəli, 4 bloklu, 36 mənzilli 65 nömrəli yaşayış binalarında görülən işlərlə
tanış olublar. Respublika Prezidenti İlham Əliyevin siyasətinin Qazax rayonunda olduğu
kimi icra olunmasının nəticəsidir ki, son 2 il yarımda abadlıq və quruculuq
işləri geniş vüsət alıb. Bunu rayonda inşa olunan sosial obyektlərin, uşaq
bağçalarının, məktəblərin tikilməsindən, yolların çəkilməsindən, bir sözlə,
həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərindən də aydın şəkildə
görmək olur. Bu fikirlər bu gün "Gillik” adlandırılan ərazidə, Ə.Şıxlinski
küçəsində yerləşən hər biri 4 blokdan, 50 mənzildən ibarət olan 4 və 5 saylı
beşmərtəbəli yaşayış binalarında yaşayan sakinlər tərəfindən səsləndirilib. 4
saylı binada yaşayan sakinlərdən Pərnisə Qədimova səmimi ürək sözlərini
çatdıraraq respublikamızda, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı
işlərə, xüsusilə də çoxmənzilli binaların yüksək səviyyədə təmir olunmasına
görə Respublika Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə sakinlər adından
öz dərin minnətdarlığını bildirib. Dövlət başçısı tərəfindən hər zaman qayğı
ilə əhatə olunduqlarını və bu gün yüksək səviyyədə təmir olunmuş çoxmənzilli
binaların bu qayğının ən bariz nümunəsi olduğunu qeyd edib. Bildirib ki, bu
gün biz vətəndaş olaraq sevinirik ki, "Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Qazaxda uğurla icra olunur. Rayonda
aparılan abadlıq və quruculuq işləri, xüsusilə də çoxmənzilli yaşayış
binalarının əsaslı şəkildə təmir olunması geniş vüsət alıb. İcra başçısı və administrasiya nümayəndəsi hazırda əsaslı şəkildə
təmir olunan Ə.Şıxlinski küçəsində yerləşən, keçmiş kənd təsərrüfatı
texnikumunun yataqxanası olan, 37 ailənin yaşadığı "Oxumaq-oxumaq”
adlanan binada görülən işlərlə də maraqlanıb. Bildirilib ki, binanın blokları
ilə yanaşı, xarici fasadında suvaq işləri aparılır. Bundan başqa, elektrik
xətləri səliqəyə salınır. Yaşadıqları binanın təmir olunmasını sevinc hissi ilə qarşılayan
sakinlərdən Qaməd Qasımov çıxış edərək qeyd edib ki, biz sakinlər çox sevinirik
ki, ölkə başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amili bu gün
Qazaxda olduğu kimi icra olunur. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən
biz sakinlər bu diqqət və qayğını hər zaman hiss etmişik. Bizim yaşadığımız
binada gördüyü işlər, xüsusilə də evə ehtiyacı olan insanlara bu binada yaşamaq
üçün yaratdığı şərait, mütəmadi olaraq qayğılarımızla maraqlanmağı bunun əyani
sübutudur. Sakinlərin
minnətdarlıq dolu ürək sözlərini dinləyən rayon rəhbəri onlara göstərilən
diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını və təmir olunan digər
binalar kimi, bu binanın da istər blokunda, istərsə də xarici fasadında yüksək
səviyyədə təmir işlərinin görüləcəyini bildirib. N.Nərimanov yaşayış massivində yerləşən, 4 bloklu, 5 mərtəbəli, 1 saylı bina da təmir olunan binalar
sırasındadır. Bu gün icra başçısı və administrasiya
nümayədəsi bu binada da görülən işlərlə maraqlanıb. Qeyd olunub ki, binanın istər bloklarında, istərsə də xarici
fasadında işlər paralel olaraq aparılır. Bundan başqa, sakinlərin istəyini nəzərə
alaraq binanın həyətində xeyir-şər evi də tikilir. İlk gündən işlərin sürətlə
aparılmasının nəticəsidir ki, artıq hörgünün xeyli hissəsi görülüb. Çoxmənzilli binalarda görülən işlərlə tanış olan administrasiya
nümayədəsinə məlumat verilib ki, dövlət başçısının respublikanın şəhər və
rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə
tədbirlər haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamına
əsasən artıq şəhərin Azadlıq küçəsi 92 ünvanında yerləşən 4 bloklu, 5
mərtəbəli, 36 ailənin və Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5
mərtəbəli, 30 ailənin yaşadığı binaların da dam örtükləri dəyişdirilib. GOYEZEN.AZ
Facebook-da paylaş