Qazaxda daha beş binada aparılan əsaslı təmir işləri başa çatmaq üzrədir
Qazaxda həyata
keçirilən genişmiqyaslı tikinti-quruculq işlərindən biri də rayonda çoxmənzilli
binaların əsaslı şəkildə təmir olunmasıdır. Dövlət başçısı İlham Əliyevin
Qazaxda çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması ilə bağlı
imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamı son 2 il 4 ay ərzində uğurla
icra edilir. Ötən il rayonda 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə
təmir olunaraq sakinlərin istifadəsinə verilməsi, bu il isə daha 85 ədəd
çoxmənzilli yaşayış binalarında əsaslı şəkildə təmir işlərinin aparılmasına
qərar verilməsi bunun bariz nümunəsidir. Rayon rəhbərliyinin tapşırığına əsasən
nəzərdə tutulan həmin binalardan 74-nün dam örtüyünün dəyişdirilməsi bu
istiqamətdə görülən işlərin uğurla həyata keçirilməsi deməkdir. Yüksək sürətlə
start götürən abadlıq işləri nəticəsində təmiri nəzərdə tutulan həmin
çoxmənzilli binalardan artıq 15-i tam hazırdır. Həmin tam təmirli binalara
"Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı
2,3,4,5 saylı, N.Nərimanov yaşayış massivində yerləşən
13,31,32,41,42,43,44,45,46,47,48 saylı çoxmənzilli yaşayış binalarını misal
göstərmək olar. Şəhərdə daha 5
ədəd - Heydər Əliyev prospektində yerləşən 3,4 və 5 mərtəbəli 61A, 63, 65
saylı, Ə.Şıxlinski küçəsində, "Gillik” adlandırılan ərazidə olan 4 və 5
saylı beşmərtəbəli yaşayış binalarında da əsaslı təmir işlərinin aparılması bu
sahədə görülən işlərin artan templə uğurla davam etməsindən xəbər verir. Demək
olar ki, bu binalarda da işlərin çox hissəsi görülüb. Bu gün Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov prospektdə təmir işləri
aparılan həmin çoxmənzilli binalarda olub, görülən işlərlə maraqlanıb. İcra başçısına
məlumat verilib ki, təmir aparılan bütün binaların bloklarında divarlarda köhnə
suvaqlar çapılaraq yenidən vurulub. Daxili fasadla yanaşı, binanın xaricində də
suvaq işləri aparılıb. Bundan əlavə, binaların giriş hissələrinə yeni dəmir
qapılar qoyulub. Elektrik və telefon xətləri səliqəyə salınıb. Bildirilib ki,
təmir aparılan binalardan – 63 saylı binada görülən bütün işlər tam başa çatıb.
65 və 61A saylı binalarda bloklarda rənglənmə işləri görülür. Bundan əlavə,
binaların həyətində köhnə işıq dirəkləri yenisi ilə əvəz olunub və SİP
kabelləşmə işi aparılıb. Görülən işlərlə
tanış olduqdan sonra rayon rəhbəri hər bir binanın qarşısına asfalt vurulmasını
və oturacaqlar qoyulmasını bildirib. Həmçinin, işlərin sürətlə və keyfiyyətlə
aparılmasını bildirərək tapşırıq və tövsiyələrini verib. Məlumat üçün
bildirək ki, "Gillik” adlandırılan ərazidə olan 4 və 5 saylı beşmərtəbəli
yaşayış binalarında görülən işlər sürətlə davam etdirilir. 4 saylı binada
dam örtüyünün vurulması və bloklarda görülən işlər tam başa çatıb. Bütün
bloklarda elektrik və telefon xətləri səliqəyə salınıb. Hazırda binanın xarici
fasadında son tamamlanma işləri aparılır. 5 saylı binada da
3 blok tam hazırdır. Bir blokda isə rənglənmə işləri və binanın dam örtüyünün
dəyişdirilməsi sürətlə davam etdirilir. Bina sakinləri
səmimi ürək sözlərini çatdıraraq respublikamızda, eləcə də Qazax rayonunda
görülən genişmiqyaslı işlərə, xüsusilə də çoxmənzilli binaların yüksək
səviyyədə təmir olunmasına görə Respublika Prezidenti İlham Əliyevə, Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər.
Ölkə başçısının imzaladığı Sərəncamın rayonda olduğu kimi icra edilməsini
yüksək qiymətləndiriblər. Bütün binalarda təmir işlərinin yüksək keyfiyyətlə
aparıldığını bildirən rayon sakinləri buna görə razılıq ediblər. GOYEZEN.AZ
Facebook-da paylaş