Qurban bayramı mənəvi birlik rəmzidir
Qazax rayonunda da müqəddəs Qurban bayramı böyük ruh yüksəkliyi ilə qeyd olunub
Xeyirxahlığın, bərabərliyin, fədakarlığın simvolu olan Qurban bayramı Uca Yaradanın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi insanları həmişə sülhə, əmin-amanlığa və dözümlülüyə dəvət edir.
Qurban bayramı ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının ən böyük mənəvi dəyərlərindən hesab etdiyi İslam dininin müqəddəs bayramlarından biridir. Əsrlər boyu xalqımız Qurban bayramını böyük sevinc və coşqu hissi ilə qarşılamış, qurban kəsmə mərasimini öz milli adət-ənənəsinə, mənəvi dəyərinə çevirmişdir.
Cəmiyyətimizdə humanizm və qardaşlıq duyğularını daha da gücləndirən Qurban bayramı hər il Azərbaycanda yüksək əhval-ruhiyyə və böyük təntənə ilə qeyd olunur.
Bu müqəddəs bayramda dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur.
Xalqımız neçə əsr əvvəl rus imperiyasının, sonra isə imperiya üzərində qurulmuş sovetlər birliyinin tərkibində yaşamağa məcbur edilmiş, onun milli dəyərləri, bayramları, adət-ənənələri tapdalanmış, xüsusilə sovetlər dönəmində olduğumuz illərdə bu bayram və mərasimlərin keçirilməsi qadağan olunmuşdur. Lakin həmin zamanlarda belə xalqımız həm min illər boyu yaşatdığı dəyərlərə (məsələn Novruz bayramının keçirilməsini göstərmək olar), həm də islam dininin əsas bayramlarından olan Qurban bayramına həmişə sahib çıxmışdır.
Ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra respublikamızın ərazi hüdudlarında yaşayan bütün xalqların mədəniyyətinə, adət-ənənəsinə, dini baxışlarına tolerant münasibətin vacibliyini vurğulamışdır. Xalqımız ulu öndərin rəhbərliyi altında daha sıx birləşərək adət-ənənələrinə, dəyərlərinə möhkəm bağlanmış, əldə etdiyi bir çox demokratik prinsiplərlə yanaşı, müqəddəs bayramlarını da azad şəkildə keçirmək hüququ qazanmışdır.
Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev də son 15 ildə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsinə, xüsusən də dini ziyarətgahların əsaslı təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayırmışdır. Dünya müsəlmanlarının mənəvi birlik rəmzi olan Qurban bayramının Azərbaycanda hər il yüksək səviyyədə qeyd olunması dövlətimizin milli-mənəvi dəyərlərimizə göstərdiyi diqqətin parlaq təzahürüdür.
Ölkə Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bu müqəddəs bayramı belə xarakterizə etmişdir: “Qurban mərasimi Uca Yaradana məhəbbət və itaət, yüksək mənəvi-əxlaqi dəyərlərə hörmət, hər bir bəşər övladına mərhəmət və dözümlülük təlqin edən İslam dininin insanlar üçün hidayət yolu seçilməsi ilə əlamətdardır. Bu mübarək bayram bütün dünya müsəlmanlarının mənəvi-ruhi birliyini, əməli-saleh insanların Tanrı sevgisini və haqq-ədalət naminə hər cür fədakarlığa hazır olmalarını təcəssüm etdirir”.
Azərbaycan xalqı həmişə milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşmış, dini mərasimləri və qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd etmişdir. Bu münasibətlə, ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da müqəddəs Qurban bayramına xüsusi hazırlıq işləri aparılmış və böyük ruh yüksəkliyi ilə qeyd olunmuşdur. Rayonda Qurban bayramı münasibətilə bayram namazı qılınmış, xütbələr oxunmuş, xalqımızın və dövlətimizin əmin-amanlığı və firavanlığı üçün Allaha dualar səslənmiş, Vətən uğrunda həyatından keçən şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunmuşdur.
Qazax Rayon İcra Hakimiyyəti tərəfindən rayonun şəhər və kəndlərində yaşayan şəhid ailələrinə, müharibə veteranlarına, əlillərə, aztəminatlı ailələrə, ümumilikdə 1300 ailəyə qurban payları verilmişdir.
Rayon rəhbərliyinin tapşırığına əsasən bu bayram günündə ömrünün ahıl çağlarını yaşayan uzunömürlü insanlar da yad edilmişdir. Bayram münasibətilə aparatın məsul işçiləri şəhərdə və rayonun Kəmərli, Aslanbəyli, Aşağı Salahı, Daş Salahlı, Ürkməzli, Çaylı, Hüseynbəyli kəndlərində onların evlərində qonaq olmuş, ən zəngin tarixi köklərə sahib olan Qurban bayramlarını təbrik etmişlər. Rayon rəhbərliyinin səmimi salamlarını və bayram təbriklərini çatdırmışlar.

GOYEZEN.AZ
Facebook-da paylaş