Qazaxda daha bir bağçanın açılışına sayılı günlər qalıb
Rayon rəhbəri bu gün də bağçada görülən son tamamlanma işləri ilə tanış olub, bəzi tapşırıq və tövsiyələrini verib.
İş icraçısı Süleyman Həsənov yekunlaşan işlər barədə məlumat verərək bildirib ki, bağçada aparılan bütün işlər yüksək səviyyədə həyata keçirilir. Hazırda otaqlarda müasir istilik sistemi üçün xətlər quraşdırılır. Bundan əlavə, rənglənmə işlərinə başlanılıb.
Sonra İcra Başçısı şəhər 1 saylı körpələr evi-uşaq bağçasında olub, körpələrə göstərilən diqqət və qayğı ilə maraqlanıb. Uşaqların ərzaq təminatı və tibbi müayinə olunmaları ilə əlaqədar tapşırıq və tövsiyələrini verib.
Facebook-da paylaş