• Təqvim

  • Unutma

  • Maraq



3 saylı bağçada son tamamlanma işləri görülür

3 saylı bağçada son tamamlanma işləri görülür
Bu gün şəhərdə fəaliyyət göstərən 3 saylı körpələr evi-uşaq bağçası üçün ayrılmış, vaxtilə təhsil şöbəsinin yerləşdiyi binada demək olar ki, işlərin əsas hissəsi görülüb və son tamamlanma işləri aparılır. Artıq iki aya yaxındır ki, əsaslı tikinti aparılan bağçada bütün işlər müasir standartlara cavab verən səviyyədə həyata keçirilir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov isə tikinti başlayan ilk gündən mütəmadi olaraq təmir işləri ilə yaxından tanış olur, tikintinin keyfiyyətlə aparılması barədə tapşırıq və tövsiyələrini verir.

Rayon rəhbəri bu gün də bağçada olub, görülən işlərlə maraqlanıb.

İş icraçısı Süleyman Həsənov yekunlaşan işlər barədə məlumat verərək bildirib ki, binanın dam örtüyü dəyişdirilərək yeni metal örtüklə əvəzlənib. Binanın daxilində arakəsmə hissələrdə hörgü işləri aparılıb, otaqlarda suvaq və üzlük vurulması işləri görülüb. Eləcə də otaqlarda tavanaltı elektrik xətti çəkilib, alçiban vurulub. Eyni zamanda, divaraltı bütün elektrik xətləri də çəkilib. Lazım olan hissələrə beton döşəmə tökülüb. Otaqlarda qapı və pəncərələr qoyulub.

İş icraçısı bildirib ki, binanın daxilində və xaricində demək olar ki, işlər paralel olaraq aparılır. Binanın xarici fasadında suvaq və hamarlanma işi başa çatıb.

Həyətdə hasarın bir hissəsində hörgü və suvaq işləri görülüb, eyni zamanda bu iş davam edir. Bundan əlavə, hasarlararası dəmir məhəcərlər qoyulur. Binanın arxasında sanitar qovşaqları, mətbəx və anbar tikilir ki, burada da hörgü işləri yekunlaşıb, xarici və daxili fasadda suvaq işləri görülür. Hazırda həyətə tamet döşənməsi işi aparılır.

Rayon rəhbəri təmir işləri ilə tanış olduqdan sonra işlərin sürətləndirilməsi, eyni zamanda keyfiyyətli aparılması barədə tapşırıq verib.

Məlumat üçün bildirək ki, bu gün Qazaxda 25 bağça (19-u kəndlərdə, 6-sı şəhərdə) fəaliyyət göstərir ki, həmin bağçaların əksəriyyəti əsaslı şəkildə təmir olunub, bəziləri üçün isə yeni bina tikilib. Ötən il əsaslı şəkildə təmir olunan Kosalar kəndindəki 2 və 3 saylı, Daş Salahlı kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli kənd uşaq bağçası, şəhərdə tikilmiş 1 saylı körpələr evi-uşaq bağçası və əsaslı şəkildə yenidən qurulan 2 saylı uşaq bağçası bu istiqamətdə aparılan məqsədyönlü işlərin bariz nümunəsidir.

3 saylı bağçada son tamamlanma işləri görülür
3 saylı bağçada son tamamlanma işləri görülür
3 saylı bağçada son tamamlanma işləri görülür
3 saylı bağçada son tamamlanma işləri görülür
3 saylı bağçada son tamamlanma işləri görülür
3 saylı bağçada son tamamlanma işləri görülür
3 saylı bağçada son tamamlanma işləri görülür
3 saylı bağçada son tamamlanma işləri görülür
3 saylı bağçada son tamamlanma işləri görülür
GOYEZEN.AZ


Facebook-da paylaş