• Təqvim

  • Maraq

Şəhid atası onlara göstərilən qayğıya görə ölkə Prezidentinə minnətdarlıq edir

Şəhid atasından,

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan,

Ötən ay mən Qazax şəhərində yerləşən mərkəzi xəstəxanaya Şəmkir şəhərindən olan tanışımın yanına xəstə ziyarətinə getmişdim. Mən xəstəxanada yaxşı şərait və həkimlərin peşəkarlığını gördüm. Ölkə əhalisinin sağlamlığının qorunması və yaxşı tibbi xidmətlə təmin edilməsi üçün tikilib qurulan belə xəstəxanalar vətəndaşları razı salır.

Eyni zamanda, mən yolboyu Azərbaycanın gündən-günə necə dəyişdiyini bir daha müşahidə etdim. Rayonlarımızın, kəndlərimizin siması gözəlləşməkdədir. Bir neçə saat fürsətim oldu ki, Qazax şəhərini gəzim. Burada da bir neçə şeyin şahidi oldum. Ölkəmizin dörd bir yanında olduğu kimi, Qazax şəhərində də aparılan abadlıq, quruculuq işləri, şəhərin təmizliyi göz oxşayırdı. Mənim ürəyim açıldı, dağa döndü.

Həmçinin xüsusi qeyd etmək istəyirəm ki, Siz hər zaman şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına diqqət və qayğı göstərir, onların yanında olursunuz. Bütün bunlara görə, cənab Prezident, Sizə dərin minətdarlığımı bildirir, ən xoş arzularımı çatdırıram.

Hörmətlə,

Fikrət Qədimov, şəhid atası

Azərbaycan Respublikası, Şəmkir şəhəri.

11 dekabr 2025-ci il

https://president.az/az/articles/view/70754




Facebook-da paylaş


{sape_links}