Qazaxda Xalq yazıçısı Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan eyniadlı tamaşa təqdim olunub
Noyabrın 11-də Qazax Dövlət Dram Teatrında Xalq yazıçısı Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan eyniadlı tamaşa təqdim olunub. Müəllif Kamal Abdulla bu pyesi beş şəkildən ibarət, bir-birini anlamaq istəyən və anlamayan, tapmaq istəyən və tapmayan iki insanın duyumlar dramı kimi təqdim edir. Tamaşa insan münasibətlərinin incə psixoloji qatlarını, axtarış və anlaşma arasındakı ziddiyyətləri səhnəyə gətirir. Tamaşanın quruluşçu rejissoru Allahverdi Musayev, quruluşçu rəssamı Aysan Omarova, musiqi tərtibatı Allahverdi Musayev, rejissor assistenti Ceyhun Vəlizadədir. Qazax Rayon Mədəniyyət mərkəzində baş tutan tamaşanı Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Azərbaycan Dillər Universitetində Azərbaycan Ədəbiyyatı kafedrasının müdiri, Akademik Muxtar İmanov və Magistratura şöbəsinin müdiri, Pedaqogika elmləri doktoru, dosent Firuzə Rzayeva, idarə, müəssisə və təşkilatların rəhbər və əməkdaşları, mədəniyyət işçiləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, könüllülər, ictimaiyyət və KİV nümayəndələri seyr ediblər. Teatr tamaşaçılar tərəfindən anşlaqla qarşılanıb və yaradıcı heyət gurultulu alqışlarla kulisə yola salınıb. 



Facebook-da paylaş














