2023-cü il ərzində əsas kapitala yönəldilmiş investisiyalar və tikintinin əsas göstəriciləri haqqında təhlili məruzə
2023-cü il ərzində rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 71049,6 min manat vəsait yönəldilmişdir ki, bu, əvvəlki illə müqayisədə 113,3 faiz təşkil edir. Ümumi sərmayədən 61165,6 min manat (86,1 faiz) dövlət sektorunun, 9884,0 min manat (13,9 faiz) isə qeyri-dövlət sektorunun payına düşür. Əsas kapitala yönəldilmiş vəsaitlərin 99,0 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Əsas kapitala yönəldilən investisiya (min manatla) 2023-cü il 2022-ci ilə nisbətən, faizlə 2023-cü il 2022-ci ilə nisbətən, fərq+,- 2023-cü il 2022-ci il Rayon üzrə-cəmi o cümlədən. 71049,6 62685,7 113,3 +8363,9 Dövlət mülkiyyəti 61165,6 53169,6 115,0 +7996,0 Qeyri-dövlət mülkiyyəti 9884,0 9516,1 103,9 +367,9 o cümlədən Əhalinin şəxsi vəsaiti 4620,0 4865,0 95,0 -245,0 Tikinti quraşdırma işləri min manatla 2023-cü il 2022-ci ilə nisbətən, faizlə 2023-cü il 2022-ci ilə nisbətən, fərq+- 2023-cü il 2022-ci il Rayon üzrə o cümlədən 70353,2 61815,1 113,8 +8538,6 Dövlət mülkiyyəti 60784,2 52683,0 115,4 +8101,2 Qeyri-dövlət mülkiyyəti 9569,0 9132,1 104,8 +436,9 o cümlədən Əhalinin şəxsi vəsaiti 4389,0 4622,0 95,0 -233,0 Tikinti-quraşdırma işlərinin həcmi keçən illə müqayisədə 113,8 faiz təşkil edir. İl ərzində 4320,0 min manat dəyərində 124 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir ki, bunun da 54-ü kənd yerindədir. Yaşayış evlərinin ümumi sahəsi 17280,0 kvadratmetr, yaşayış sahəsi 11750,0 kvadratmetrdir. 2023-cü ilin əvvəlinə rayonda qeydiyyatda 22 tikinti müəssisəsi vardır. Mövcud tikinti müəssisələrindən 6 müəssisə il ərzində fəaliyyət göstərmişdir. 2023-cü ildə fəaliyyət göstərən müəssisələr tərəfindən yerinə yetirilmiş işlərin həcmi 11 milyon 484,7 min manat təşkil etmiş və ümumi tikinti işlərinin 11 milyon 312,2 min manatını, yaxud 98,5 faizini hüquqi şəxslərin yerinə yetirdiyi tikinti işləri (ümumi yekundan 94,5 faizini tikinti, yenidənqurma və genişlənmə, texniki avadanlıqlar və cihazlarla yenidən təchiz edilmə, 0,4 faizini əsaslı təmir işləri, 3,6 faizini sair işlər) təşkil etmişdir. 1,5 faizi isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir. Tikinti müəssisələri və fiziki şəxslər tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri, min manatla (2023-cü il) Cəmi Ümumi yekuna nisbətən, faizlə 2022-ci ilə nisbətən, faizlə Cəmi 11484,7 100,0 3 d o cümlədən: Hüquqi şəxslər 11312,2 98,5 4 d o cümlədən: tikinti, yenidənqurma və genişləndirmə 10857,5 94,5 8,8 d əsaslı təmir 46,9 0,4 25,7 cari təmir sair işlər 407,8 3,6 29,0 Fiziki şəxslərin yerinə yetirdiyi işlər 172,5 1,5 17,8 2023-cü il ərzində tikinti müəssisələri tərəfindən 11484,7 min manatlıq iş görülmüşdür ki, bu da keçən ilə nisbətən 3,0 dəfə çoxdur. Görülmüş işin 11074,1 min manatı (96,4 faizi) dövlət mülkiyyətində olan müəssisələr tərəfindən 410,0 min manatı (3,6 faizi) isə qeyri-dövlət mülkiyyətində olan müəssisələr tərəfindən görülmüşdür. Tikinti müəssisələri üzrə il ərzində işçilərin orta siyahı sayı 211 nəfər olmuş, orta aylıq əməkhaqqı 504,9 manat təşkil etmişdir. İl ərzində 73 nəfər işə qəbul edilmiş, 61 nəfər öz xahişi ilə işdən azad edilmişdir. Dürdanə XƏLİLOVA, Qazax Rayon Statistika İdarəsinin rəisi
Facebook-da paylaş