Əsas Səhifə > Kənd təsərrüfatı > 2023-cü il ərzində əsas kapitala yönəldilmiş investisiyalar və tikintinin əsas göstəriciləri haqqında təhlili məruzə

2023-cü il ərzində əsas kapitala yönəldilmiş investisiyalar və tikintinin əsas göstəriciləri haqqında təhlili məruzə


6-10-2024, 15:53


2023-cü il ərzində rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 71049,6 min manat vəsait yönəldilmişdir ki, bu, əvvəlki illə müqayisədə 113,3 faiz təşkil edir. Ümumi sərmayədən 61165,6 min manat (86,1 faiz) dövlət sektorunun, 9884,0 min manat (13,9 faiz) isə qeyri-dövlət sektorunun payına  düşür. Əsas kapitala yönəldilmiş vəsaitlərin 99,0 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir. 

Əsas kapitala yönəldilən investisiya

(min manatla)

 

 

 

2023-cü il 2022-ci

ilə nisbətən, faizlə

2023-cü il      2022-ci

ilə nisbətən, fərq+,-

 

2023-cü il

 

2022-ci il

Rayon üzrə-cəmi o cümlədən.

 

71049,6

 

62685,7

 

113,3

 

+8363,9

Dövlət mülkiyyəti

61165,6

53169,6

115,0

+7996,0

Qeyri-dövlət mülkiyyəti

9884,0

9516,1

103,9

+367,9

o cümlədən

 

 

 

 

Əhalinin şəxsi vəsaiti

4620,0

4865,0

95,0

-245,0

Tikinti quraşdırma işləri

min manatla

 

 

 

2023-cü il 2022-ci ilə nisbətən, 

faizlə

2023-cü il 2022-ci ilə nisbətən,

fərq+-

 

2023-cü il

 

2022-ci il

Rayon üzrə o cümlədən

 

70353,2

 

61815,1

 

113,8

 

+8538,6

Dövlət mülkiyyəti

60784,2

52683,0

115,4

+8101,2

Qeyri-dövlət mülkiyyəti

9569,0

9132,1

104,8

+436,9

o cümlədən

 

 

 

 

Əhalinin şəxsi vəsaiti

4389,0

4622,0

95,0

-233,0

Tikinti-quraşdırma işlərinin həcmi keçən illə müqayisədə 113,8 faiz təşkil edir. İl ərzində 4320,0 min manat dəyərində 124 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir ki, bunun da 54-ü kənd yerindədir. Yaşayış evlərinin ümumi sahəsi 17280,0 kvadratmetr, yaşayış sahəsi 11750,0 kvadratmetrdir. 2023-cü ilin əvvəlinə rayonda qeydiyyatda 22 tikinti müəssisəsi vardır. Mövcud tikinti müəssisələrindən 6 müəssisə il ərzində fəaliyyət göstərmişdir. 

2023-cü ildə fəaliyyət göstərən müəssisələr tərəfindən yerinə yetirilmiş işlərin həcmi 11 milyon 484,7 min manat təşkil etmiş və ümumi tikinti işlərinin 11 milyon 312,2 min manatını, yaxud 98,5 faizini hüquqi şəxslərin yerinə yetirdiyi tikinti işləri (ümumi yekundan 94,5 faizini tikinti, yenidənqurma və genişlənmə, texniki avadanlıqlar və cihazlarla yenidən təchiz edilmə, 0,4 faizini əsaslı təmir işləri, 3,6 faizini sair işlər) təşkil etmişdir. 1,5 faizi isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir. 

Tikinti müəssisələri və fiziki şəxslər tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri, min manatla

(2023-cü il)

 

Cəmi

Ümumi

 yekuna nisbətən, 

faizlə

2022-ci ilə

 nisbətən, faizlə

Cəmi

11484,7

100,0

3 d

o cümlədən:

 

 

 

Hüquqi şəxslər 

11312,2

98,5

4 d

o cümlədən:

 

 

 

tikinti, yenidənqurma və genişləndirmə

10857,5

94,5

8,8 d

əsaslı təmir

46,9

0,4

25,7

cari təmir

 

 

 

sair işlər 

407,8

3,6

29,0

Fiziki şəxslərin yerinə yetirdiyi işlər

172,5

1,5

17,8

2023-cü il ərzində tikinti müəssisələri tərəfindən 11484,7 min manatlıq iş görülmüşdür ki, bu da keçən ilə nisbətən 3,0 dəfə çoxdur. Görülmüş işin 11074,1 min manatı (96,4 faizi) dövlət mülkiyyətində olan müəssisələr tərəfindən 410,0 min manatı (3,6 faizi) isə qeyri-dövlət mülkiyyətində olan müəssisələr tərəfindən görülmüşdür. 

Tikinti müəssisələri üzrə il ərzində işçilərin orta siyahı sayı 211 nəfər olmuş, orta aylıq əməkhaqqı 504,9 manat təşkil etmişdir. İl ərzində 73 nəfər işə qəbul edilmiş, 61 nəfər öz xahişi ilə işdən azad edilmişdir.

Dürdanə XƏLİLOVA,

Qazax Rayon Statistika İdarəsinin rəisi


Geri qayıt