Qazax rаyonunun 2024-cü ilin məhsulu üçün əkin sahələrinin qəti uçotunun yekunlarına dair təhlili məruzə
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2024-cü ildə yerli statistika orqanları üçün işlər proqramına əsasən Qazax rаyonunda əkin sahələrinin uçotu aparılmışdır. Məlum olmuşdur ki, əkinlər ailə, kəndli təsərrüfatları və rayonda fəaliyyət göstərən bir kənd təsərrüfatı müəssisəsi tərəfindən aparılmışdır. 2024-cü ilin məhsulu üçün 18533,0 hektar sahədə payızlıq və yazlıq bitkilər əkilmişdir ki, bu, keçən ilə nisbətən 434,0 hektar azdır. Əkilmiş sahənin 11315,0 hektarı payızlıq taxıl sahəsidir, sahənin 4477,0 hektarını buğda, 6838,0 hektarını arpa sahəsi təşkil edir. Əkin sahələrinin strukturu 2024-cü ilin məhsulu üçün 592,0 hektar sahədə yazlıq dənlilər əkilmişdir ki, ondan 30,0 hektarı buğda, 100,0 hektarı arpa, 80,0 hektarı vələmir, 350,0 hektarı qarğıdalı, 32,0 hektarını sorqo təşkil etmişdir. Keçən ilə nisbətən yazlıq dənlilərin əkin sahəsi 28,0 hektar azalmışdır. 2024-cü ilin məhsulu üçün payızlıq və yazlıq 11921,0 hektar dənlilər və dənli paxlalı bitkilər biçiləcək sahə olmuşdur. Bu da ötən ilə nisbətən 416,0 hektar azdır. Biçiləcək sahənin 350,0 hektarını qarğıdalı, 4507,0 hektarını buğda, 6938,0 hektarını arpa, 80,0 hektarını vələmir, 32,0 hektarnı sorqo, 14,0 hektarını noxud təşkil edir. Texniki bitkilərin əkin sahəsi 40,0 hektar təşkil etmişdir. 2024-cü ildə rayonda 2156,0 hektar sahədə kartof, tərəvəz və bostan bitkiləri əkilmişdir ki, ondan 1320,0 hektarı kartof, 791,0 hektarı tərəvəz, 45,0 hektarı bostan əkilmiş sahədir. Ötən illə müqayisədə kartof 20,0 hektar, tərəvəz 11,0 hektar, bostan bitkiləri 2,0 hektar çox əkilmişdir. Tərəvəz əkilmiş sahənin 55,0 hektarını kələm, 121,0 hektarını xiyar, 215,0 hektarını pomidor, 30,0 hektarını baş soğan, 15,0 hektarını sarımsaq, 35,0 hektarını badımcan, 55,0 hektarını bibər, 84,0 hektarını göyərti, 181,0 hektarını yaşıl lobya əkilmiş sahə təşkil etmişdir. Əkin sahəsinin 4416,0 hektarı yemlik bitkilərdir ki, 720,0 hektarı cari ildə əkilmiş, 3696,0 hektarı isə keçmiş illərdə əkilmış yonca sahəsidir. Ötən illə müqayisədə yemlik bitkilərin əkin sahəsi 41,0 hektar az olmuşdur. Bitkilərin əkin sahəsinin ötən illə müqayisəli cədvəli Sıra № Bitkinin adı Ölçü vahidi 2024-cü il 2023-cü il Fərq, + - 1 Payızlıq dənlilər hektar 11315,0 11700,0 -385,0 2 Yazlıq dənlilər-cəmi hektar 592,0 620,0 -28,0 3 Dənli paxlalı bitkilər hektar 14,0 17,0 -3,0 4 Texniki bitkilər-cəmi hektar 40,0 50,0 -10,0 5 Kartof hektar 1320,0 1300,0 +20,0 6 Tərəvəz-cəmi hektar 791,0 780,0 +11,0 7 Bostan bitkiləri-cəmi hektar 45,0 43,0 +2,0 8 Yem bitkiləri cəmi hektar 4416,0 4457,0 -41,0 Cəmi əkinlər hektar 18533,0 18967,0 -434,0 Dürdanə XƏLİLOVA, Qazax Rayon Statistika İdarəsinin rəisi
Facebook-da paylaş