Əsas Səhifə > Kənd təsərrüfatı > Qazax rаyonunun 2024-cü ilin məhsulu üçün əkin sahələrinin qəti uçotunun yekunlarına dair təhlili məruzə

Qazax rаyonunun 2024-cü ilin məhsulu üçün əkin sahələrinin qəti uçotunun yekunlarına dair təhlili məruzə


5-08-2024, 18:25


Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2024-cü ildə yerli statistika orqanları üçün işlər proqramına əsasən Qazax rаyonunda əkin sahələrinin uçotu aparılmışdır. Məlum olmuşdur ki, əkinlər ailə, kəndli təsərrüfatları və rayonda fəaliyyət göstərən bir kənd təsərrüfatı müəssisəsi tərəfindən aparılmışdır. 

2024-cü ilin məhsulu üçün 18533,0 hektar sahədə payızlıq və yazlıq bitkilər əkilmişdir ki, bu, keçən ilə nisbətən 434,0 hektar azdır. Əkilmiş sahənin 11315,0 hektarı payızlıq taxıl sahəsidir, sahənin 4477,0 hektarını buğda, 6838,0 hektarını arpa sahəsi təşkil edir.  

Əkin sahələrinin strukturu

 

2024-cü ilin məhsulu üçün 592,0 hektar sahədə yazlıq dənlilər əkilmişdir ki, ondan 30,0 hektarı buğda, 100,0 hektarı arpa, 80,0 hektarı vələmir, 350,0 hektarı qarğıdalı, 32,0 hektarını sorqo təşkil etmişdir. Keçən ilə nisbətən yazlıq dənlilərin əkin sahəsi 28,0 hektar azalmışdır.

2024-cü ilin məhsulu üçün payızlıq və yazlıq 11921,0 hektar dənlilər və dənli paxlalı bitkilər  biçiləcək sahə olmuşdur. Bu da ötən ilə nisbətən 416,0 hektar azdır. Biçiləcək sahənin 350,0 hektarını qarğıdalı, 4507,0 hektarını buğda, 6938,0 hektarını arpa, 80,0 hektarını vələmir, 32,0 hektarnı sorqo, 14,0 hektarını noxud təşkil edir. Texniki  bitkilərin   əkin sahəsi 40,0 hektar təşkil etmişdir.

2024-cü ildə rayonda 2156,0 hektar sahədə kartof, tərəvəz və bostan bitkiləri əkilmişdir ki, ondan 1320,0 hektarı kartof, 791,0 hektarı tərəvəz, 45,0 hektarı bostan əkilmiş sahədir. Ötən illə müqayisədə kartof 20,0 hektar, tərəvəz 11,0 hektar, bostan bitkiləri 2,0 hektar çox əkilmişdir. Tərəvəz əkilmiş sahənin 55,0 hektarını kələm, 121,0 hektarını xiyar, 215,0 hektarını pomidor, 30,0 hektarını baş soğan, 15,0 hektarını sarımsaq, 35,0 hektarını badımcan, 55,0  hektarını bibər, 84,0 hektarını göyərti, 181,0 hektarını yaşıl lobya əkilmiş sahə təşkil etmişdir. 

Əkin sahəsinin 4416,0 hektarı yemlik bitkilərdir ki, 720,0 hektarı cari ildə əkilmiş, 3696,0 hektarı isə keçmiş illərdə əkilmış yonca sahəsidir. Ötən illə müqayisədə yemlik bitkilərin əkin sahəsi 41,0 hektar az olmuşdur.

Bitkilərin əkin sahəsinin ötən illə müqayisəli cədvəli

Sıra

Bitkinin  adı

Ölçü vahidi

2024-cü il

2023-cü il

Fərq,  + -

1

Payızlıq  dənlilər

hektar

11315,0

11700,0

-385,0

2

Yazlıq dənlilər-cəmi

hektar

592,0

620,0

-28,0

3

Dənli paxlalı bitkilər

hektar

14,0

17,0

-3,0

4

Texniki bitkilər-cəmi

hektar

40,0

50,0

-10,0

5

Kartof

hektar

1320,0

1300,0

+20,0

6

Tərəvəz-cəmi

hektar

791,0

780,0

+11,0

7

Bostan     bitkiləri-cəmi

hektar

45,0

43,0

+2,0

8

Yem  bitkiləri cəmi

hektar

4416,0

4457,0

-41,0

 

 Cəmi əkinlər  

hektar

18533,0

18967,0

-434,0

Dürdanə  XƏLİLOVA,

Qazax Rayon Statistika İdarəsinin rəisi


Geri qayıt