Qazaxda istixanaların sayının gündən-günə artması əhalinin məşğulluğunun təmin olunmasına xidmət edir
Hər kəsə yaxşı məlumdur ki, son 15 ildə
Azərbaycanda qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet
sahələrindən biridir. Bunu Prezident İlham Əliyevin rəhbərliyi ilə kənd
təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatlardan,
məqsədyönlü tədbirlərdən də aydın şəkildə görmək olar. Aqrar sektorda olan
inkişafın təməli isə hələ 2004-cü ildə ölkə başçısı tərəfindən təsdiq edilən
regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarına söykənir. Məhz
2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən dövlət proqramlarının
reallaşdırılması nəticəsində kənd təsərrüfatı sahəsində böyük infrastruktur
yaradılmış, qeyri-neft sektorunun inkişafında aqrar sektorun payı xeyli
artmışdır.
Respublikamızın
bütün bölgələrində olduğu kimi, Qazaxda da ölkə iqtisadiyyatında neft və tikinti sahələrindən sonra üçüncü ən
iri sahə olan kənd təsərrüfatının inkişaf etməsi üçün məqsədyönlü işlər
görülür. İş yerləri ilə təminatda böyük pay sahibi olan bu sahənin inkişaf etməsi
üçün sahibkarlara, kənd təsərrüfatı ilə məşğul olan hər bir sadə insana daim
göstərilən dövlət qayğısının nəticəsidir ki, əkin sahələrinin hektarı ildən-ilə
artır.
Son iki il
yarımda rayon rəhbərliyi tərəfindən bu sahəyə göstərilən diqqət və qayğının
nəticəsidir ki, sahibkarlara və fermerlərə lazım olan bütün şərait yaradılır.
Bu
gün isə sevindirici haldır ki, əkin sahələri ilə yanaşı, istixanaların da sayı
getdikcə artır. Gəlirli sahə olduğu üçün fermerlərin istixanalara marağı artmaqdadır.
Qərb bölgəsində son bir neçə ildə min hektarlarla sahədə istixana kompleksləri
salınıb.
İstixanalar iqlim şəraitindən asılı
olmayaraq ilin hər fəslində kənd təsərrüfatı məhsulları istehsalına imkan
yaradır. Belə ki, içərisinə yerləşdirilmiş qurğular vasitəsilə istixananın
daxilindəki temperaturun dərəcəsi asanlıqla tənzimlənir. Bununla da bitkilərin
ilboyu yetişdirilməsi prosesində yaranan fasilələr aradan qaldırılaraq ardıcıl
məhsul istehsalı təmin olunur. Yeni yaradılmış bu istixanalar eyni
zamanda yeni iş yerlərinin açılması, əhalinin maddi rifah halının yaxşılaşdırılması
deməkdir.
Məlumat
üçün bildirək ki, bu gün Qazaxda 10 hektara yaxın ərazidə istixana salınıb.
350-yə yaxın rayon sakini həmin istixanalarda çalışır.
Hazırda
istixanalarda şitillərin əkilməsinə başlanılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş