Əsas Səhifə > Kənd təsərrüfatı > Qazaxda istixanaların sayının gündən-günə artması əhalinin məşğulluğunun təmin olunmasına xidmət edir
Qazaxda istixanaların sayının gündən-günə artması əhalinin məşğulluğunun təmin olunmasına xidmət edir14-01-2019, 13:39 |
Hər kəsə yaxşı məlumdur ki, son 15 ildə Azərbaycanda qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet sahələrindən biridir. Bunu Prezident İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatlardan, məqsədyönlü tədbirlərdən də aydın şəkildə görmək olar. Aqrar sektorda olan inkişafın təməli isə hələ 2004-cü ildə ölkə başçısı tərəfindən təsdiq edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarına söykənir. Məhz 2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən dövlət proqramlarının reallaşdırılması nəticəsində kənd təsərrüfatı sahəsində böyük infrastruktur yaradılmış, qeyri-neft sektorunun inkişafında aqrar sektorun payı xeyli artmışdır. Respublikamızın bütün bölgələrində olduğu kimi, Qazaxda da ölkə iqtisadiyyatında neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olan kənd təsərrüfatının inkişaf etməsi üçün məqsədyönlü işlər görülür. İş yerləri ilə təminatda böyük pay sahibi olan bu sahənin inkişaf etməsi üçün sahibkarlara, kənd təsərrüfatı ilə məşğul olan hər bir sadə insana daim göstərilən dövlət qayğısının nəticəsidir ki, əkin sahələrinin hektarı ildən-ilə artır. Son iki il yarımda rayon rəhbərliyi tərəfindən bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir ki, sahibkarlara və fermerlərə lazım olan bütün şərait yaradılır. Bu gün isə sevindirici haldır ki, əkin sahələri ilə yanaşı, istixanaların da sayı getdikcə artır. Gəlirli sahə olduğu üçün fermerlərin istixanalara marağı artmaqdadır. Qərb bölgəsində son bir neçə ildə min hektarlarla sahədə istixana kompleksləri salınıb. İstixanalar iqlim şəraitindən asılı olmayaraq ilin hər fəslində kənd təsərrüfatı məhsulları istehsalına imkan yaradır. Belə ki, içərisinə yerləşdirilmiş qurğular vasitəsilə istixananın daxilindəki temperaturun dərəcəsi asanlıqla tənzimlənir. Bununla da bitkilərin ilboyu yetişdirilməsi prosesində yaranan fasilələr aradan qaldırılaraq ardıcıl məhsul istehsalı təmin olunur. Yeni yaradılmış bu istixanalar eyni zamanda yeni iş yerlərinin açılması, əhalinin maddi rifah halının yaxşılaşdırılması deməkdir. Məlumat üçün bildirək ki, bu gün Qazaxda 10 hektara yaxın ərazidə istixana salınıb. 350-yə yaxın rayon sakini həmin istixanalarda çalışır. Hazırda istixanalarda şitillərin əkilməsinə başlanılıb.
GOYEZEN.AZ Geri qayıt |