• Təqvim

  • Maraq



İqtisadi əhəmiyyətinə görə ikinci texniki bitki hesab olunan tütünçülüyün inkişafı uğurla davam etdirilir


Azərbaycanda kənd təsərrüfatının böyük potensiala malik, strateji əhəmiyyətli, iqtisadi cəhətdən səmərəli, ənənəvi və əməktutumlu istehsal sahələrindən olan tütünçülüyün dirçəldilməsi prioritet vəzifələrdən biridir. Çünki tütünçülük iqtisadi cəhətdən səmərəli, yeni iş yerlərinin yaradılması və əhalinin gəlirlərinin yüksəldilməsində əhəmiyyətli sahələrdən biri kimi geniş inkişaf perspektivlərinə malikdir. İqtisadi əhəmiyyətinə görə Azərbaycanın ikinci texniki bitkisi hesab olunan tütünçülüyün inkişafı ilə əlaqədar zəruri tədbirlərin həyata keçirilməsi ölkəmizdə bu sahədə böyük hədəflərin müəyyən olunmasına gətirib çıxarmışdır.

Bu gün sevindirici haldır ki, rayonlarda tütünçülüyün sürətlə inkişaf etdirilməsi ilə bağlı verilən tapşırıqların icrası ilə əlaqədar olaraq müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb. Ölkə başçısı İlham Əliyev tərəfindən imzalanmış 10 avqust 2017-ci il tarixli, 3163 nömrəli Sərəncama əsasən "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması bu baxımından böyük əhəmiyyət kəsb edir. 

Qazax rayonunda da iqtisadi cəhətdən gəlirli sahələrdən hesab olunan tütünçülüyün inkişaf etdirilməsinə böyük önəm verilir. 2016-cı ildə cəmi 10 hektarda tütün yetişdirən rayon sakinləri keçən il bu rəqəmi 50 hektara çatdırmış, aqrotexniki tədbirləri vaxtında həyata keçirməklə 80 tondan çox məhsul götürmüşlər. Bu il isə tütünçülər əkin sahələrini daha 10 hektar artıraraq 60 hektara çatdırmışlar.

Məlumat üçün qeyd edək ki, tütünçülüyün inkişafı məqsədilə rayonun Kosalar kəndində 32 ha, Qazaxbəyli kəndində 8 ha, İkinci Şıxlı və Çaylı kəndlərində 1 ha, Birinci Şıxlı, Aşağı Salahlı, Hüseynbəyli, Daş Salahlı, Alpout kəndlərinin hər birində 2 ha, Dəmirçilər kəndində 1,5 ha, Cəfərli kəndində 2,5 ha və Fərəhli kəndində 4 ha sahədə tütün əkilmişdir.

Vaxtında göstərilən qulluğun nəticəsidir ki, kənd sakinləri sahələrdən istədikləri tütünü yığırlar. Bu günədək 303 ton yaş tütün tədarük edilib. 15 tondan çox məhsul "İlham-M” MMC-yə təhvil verilib. Hazırda tütün dərimi sürətlə davam edir.

                                           GOYEZEN.AZ



Facebook-da paylaş