• Təqvim

  • Maraq



Qazaxda tütün yığımı uğurla davam edir

Qazaxda tütün yığımı uğurla davam edir
Qeyri-neft sektorunun dinamik inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələrin əldə olunmasına gətirib çıxarmışdır. Ölkəmizin əlverişli torpaq-iqlim şəraiti, mövcud işçi qüvvəsi, emal sənayesi müəssisələrinin xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsi imkanları və ixrac potensialının olması aqrar sahənin daha da inkişafına əlverişli şərait yaradır.

Respublika Prezidenti İlham Əliyevin 2017-ci il 10 avqust tarixli, 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Prqoramı” tütünçülüyün inkişaf etdirilməsi üçün qarşıya qoyulan əsas məqsədlərdəndir. Bu baxımdan ölkə başçısının Sərəncamı böyük əhəmiyyət kəsb edir.

Sərəncam ölkəmizdə tütünçülüyün inkişafına dövlət dəstəyini gücləndirmək, rəqabət qabiliyyətini yüksəltmək və tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifahını daha da yaxşılaşdırmaq məqsədi daşıyır.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da ölkənin ümumi iqtisadi inkişafında mühüm rol oynayan aqrar sahələrdən biri kimi tütünçülüyə böyük maraq göstərilir.

Son 2 ildə rayonda tütünçülüyün inkişafı istiqamətində görülən məqsədyönlü tədbirlər bunun bariz nümunəsidir. Məhz bu tədbirlərin nəticəsidir ki, 2016-cı ildə cəmi 10 hektar sahədə tütün əkilmişdisə, ötən il bu rəqəmi 50 hektara çatdırıldı. Bütün aqrotexniki tədbirləri vaxtında həyata keçirən tütünçülər göstərilən sahədən 80 tondan çox məhsul götürdülər. Əldə etdikləri qazancdan razı qalan tütünçülər bu il əkin sahələrini daha 10 hektar da artıraraq 60 hektara çatdırdılar.

Bu məqsədlə rayonun Kosalar kəndində 32 ha, Qazaxbəyli kəndində 8 ha, İkinci Şıxlı və Çaylı kəndlərində 1 ha, Birinci Şıxlı, Aşağı Salahlı, Hüseynbəyli, Daş Salahlı, Alpout kəndlərinin hər birində 2 ha, Dəmirçilər kəndində 1,5 ha, Cəfərli kəndində 2,5 ha və Fərəhli kəndində 4 ha sahədə tütün əkilməsi bu sahənin inkişaf etdirilməsi deməkdir.

Rayon rəhbərinin diqqət və qayğısını hər an hiss edən tütünçülər bu il keçən ildəkindən daha çox məhsul götürmək üçün bütün aqrotexniki tədbirlərə ciddi əməl edirlər. Qarşıya qoyulan məqsədə çatmaq üçün böyük səylə çalışırlar.

Bu gün rayonda tütün dərimi uğurla davam etdirilir. Tütünçülər 129 ton yaş tütün tədarük ediblər. Eyni zamanda, 2 tondan çox məhsulu isə “İlham-M” MMC-yə təhvil veriblər. Bundan əlavə, dərimin vaxtında və itkisiz başa çatdırılması üçün məhsulu sahələrdə hazırlanan xüsusi yerlərdə ipə düzərək qurudurlar.

Tütün dərimində gündəlik çörək pulu qazanaraq aylıq məvaciblərini təmin edən 150-dən çox insan çalışır. Tütünçülər onlar üçün yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.

GOYEZEN.AZ


Facebook-da paylaş