• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş boks üzrə rayon turniri keçirilib

Sentyabrın 25-də Qazax Olimpiya İdman Kompleksində Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş boks üzrə rayon turniri keçirilib.

Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, Qazax Rayon Gənclər və İdman İdarəsinin və Qazax Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən bu yarışda qalib adı uğrunda 54 nəfər idmançı iştirak edib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda I,II,III yerləri tutmuş idmançılar Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlarla təltif olunublar. 

Hakimlər Məmmədov Rəvan Bəxtiyar oğlu və Ramazanov Elnur Nofəl oğlu yarışı yüksək səviyyədə idarə etdiklərinə görə diplomlarla təltif ediliblər.

GOYEZEN.AZ



Facebook-da paylaş