Qazaxda ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında mini-futbol üzrə rayon birinciliyi keçirilib
24-27 may 2022-ci il tarixlərdə Qazax Rayon Gənclər
və İdman İdarəsinin və Qazax Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı
ilə rayonda fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri
arasında mini-futbol üzrə Qazax rayon birinciliyi keçirilib. Qazax Olimpiya İdman Kompleksində keçirilən yarışda
5 komandadan 45 nəfər tələbə iştirak edib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən
yarışda 1-ci yeri Qazax Dövlət Sosial-İqtisadi Kollec-1 komandası, 2-ci yeri Bakı
Dövlət Universiteti Qazax filialı-1 komandası, 3-cü yeri isə Qazax Dövlət Sosial-İqtisadi
Kolleci-3 komandası tutub. Yarışda I,II,III yerləri tutmuş komandalar və
komandaların üzvləri Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq
Diplomlarla təltif olunublar.
GOYEZEN.AZ
Facebook-da paylaş