• Təqvim

  • Unutma

  • Maraq



Məktəblilər arasında mini-futbol üzrə rayon birinciliyi yarışları keçirilib


12-14 aprel 2022-ci il tarixlərdə Qazax Rayon Gənclər və İdman İdarəsi, Qazax Rayon Təhsil Şöbəsi və Qazax Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə 13-14 yaşlı məktəblilər arasında mini-futbol üzrə rayon birinciliyi yarışları keçirilib.

Qazax Olimpiya İdman Kompleksində keçirilən birincilikdə 13 komandadan 123 nəfər məktəbli iştirak edib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Qazax Rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin komandası I yeri,  Qazax Rayon Səməd Hacıyev adına Orta Salahlı kənd tam orta məktəbin komandası II yeri, Qazax Rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin komandası isə III yeri tutub.

Yarışda I, II, III yerləri tutmuş komandalar və komandaların üzvləri Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlarla təltif olunublar.











GOYEZEN.AZ



Facebook-da paylaş