Əsas Səhifə > İdman > Qazaxda ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında mini-futbol üzrə rayon birinciliyi keçirilib

Qazaxda ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında mini-futbol üzrə rayon birinciliyi keçirilib


28-05-2022, 12:12


24-27 may 2022-ci il tarixlərdə Qazax Rayon Gənclər və İdman İdarəsinin və Qazax Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında mini-futbol üzrə Qazax rayon birinciliyi keçirilib.

Qazax Olimpiya İdman Kompleksində keçirilən yarışda 5 komandadan 45 nəfər tələbə iştirak edib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda 1-ci yeri Qazax Dövlət Sosial-İqtisadi Kollec-1 komandası, 2-ci yeri Bakı Dövlət Universiteti Qazax filialı-1 komandası, 3-cü yeri isə Qazax Dövlət Sosial-İqtisadi Kolleci-3 komandası tutub.

Yarışda I,II,III yerləri tutmuş komandalar və komandaların üzvləri Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq Diplomlarla təltif olunublar.









 

GOYEZEN.AZ


Geri qayıt