• Təqvim

  • Maraq



Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş şahmat üzrə rayon turniri keçirilib


Aprelin 28-də Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş şahmat üzrə rayon turniri keçirilib.

Qazax Gənclər evində keçirilən turnirdə ümumilikdə 24 nəfər iştirak edib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda oğlanlar arasında İsmayılov Turan İsmayıl oğlu I yeri, Məmmədli Emin Elnur oğlu II yeri, Məmmədov Rəvan Sübhan oğlu III yeri tutub.

Qızlar arasında keçirilən yarışda Hüseynova Firəngiz İlham qızı I yerə, İsmayılova Teybə İsmayıl qızı II yerə,  Mustafa Ahu Saleh qızı isə III yerə layiq görülüblər.







 

GOYEZEN.AZ



Facebook-da paylaş